Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanın dövlət qurumlarına xəbərdarlıq edildi
Azərbaycanın dövlət qurumlarına xəbərdarlıq edildi
23 İyun 2014 / 17:26 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Güclü külək fəsadlar törətməkdə davam edir.

ANS TV-nin məlumatına görə, bir neçə gündür davam edən küləkli hava şəraiti fəsadlar törətməkdə də davam edir. Paytaxtın bir sıra rayonlarında evlərin tavanınını uçuran güclü külək daha çox ağacları qırıb.

Səbail rayonu əraziində 203 nömrəli tam orta məktəbin qarşısında ağacı sındırıb. Hadisə gecə saatlarında baş verdiyindən xoşbəxtlikdən xəsarət alan olmayıb.

Bayılda Xanlar Əliyev küçəsində isə iri ağacın gecə saatlarında yola aşması hərəkətdə maneələr yaradıb. Səhər saatlarından yerli icra nümayəndəsi və mənzil istismar sahəsinini əməkdaşları fəsadları aradan qaldırmaq üçün işə başlayıblar. Ağacın gövdəsi doğranaraq yoldan yığışdırılıb.

46 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İsa Həsənov deyib ki fəsadlar bir neçə yerdə olub. İşçilər işləyir gün ərzində çalışacağıq ki, fəsadlar qalmasın. “Aşan ağaclar maşınlara və evlərə düşməyib və ancaq yollara aşıb.”

Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 115-də tikilməkdə olan hündürmərtəbəli binadan tikinti materiallarının həyət evlərinə düşməsi nəticəsində mənzillərə ciddi ziyan dəyməklə yanaşı 5 nəfər də xəsarət alıb. Xəsarət alan sakinlərə dərhal Bakı şəhər təcilli tibbi yardım stansiyanın həkimləri tərəfindən ilkin yardım edilib.

Hava şəraitinin belə keçməsi isə fəsadların artacağından xəbər verir.

Çünki proqnozlar ürək açan deyil. Güclü küləklə bağlı dövlət qurumları da əvvəlcədən xəbərdarlıq edilib.

Hidrometeoroloji proqnozlar bürosunun müdir müavini Gülşad Məmmədova bildirib ki şimal-qərb küləyi dənizdə də güclü dalğa yaradıb. Odur ki, bu günlərdə dənizdə çimmək məsləhət görülmür.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə