Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda sakinlər qorxu içərisindədir
Bakıda sakinlər qorxu içərisindədir
23 İyun 2014 / 19:37 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Hündürmərtəbəli binanın tikintisilə məşğul olan şirkət bütün işləri dayandırıb

Paytaxtda güclü külək nəticəsində hündürmərtəbəli binanın tikilməsində istifadə edilən tikinti materillarının yaşayış evinin damını uçurmasından sonra təhlükə hələ sovuşmayıb. Lyudmila Musayeva ötən gün Süleyman Tağızadə küçəsi 115-də baş verən uçqundan zərərçəkən 15 nəfərdən biridir. Güclü külək nəticəsində həmin küçədə tikilməkdə olan hündürmərtəbəli binadan tikinti materiallarının düşməsi həyət evlərinə ciddi ziyan vurub. Sakinlər hələ də evlərinə daxil ola bilmir. Hər an təhlükənin yaxınlaşacağı qorxusu ilə yaşayan sakinlər bütün gecəni yaxınlıqdakı şüşə mağazada keçiriblər.

Hündürmərtəbəli binanın tikintisilə məşğul olan şirkət isə bu gün səhər saatlarında bütün işləri dayandırıb. Yasamal Rayon İcra hakimiyyəti isə tikinti şirkətinin rəhbərinə ciddi şəkildə xəbərdarlıq edib.

Baş verən hadisədən sonra tikintidə təhlükəsizlik qaydalarına əməl olunması məsələsi yenidən gündəmə gəlib. Tikinti sektorunda təhlükəsizlik qaydalarına əməl olunması vacib məsələ sayılsa da baş verən bədbəxt hadisələrin statistikası bu sahədə ciddi problemlərin olduğundan xəbər verir. Ekspertlər problemdən çıxış yolunu qanunvericilikdə nəzərdə tutulan hallara düzgün şəkildə riayət olunmasında görür.

Ekspert Nüsrət İbrahimovun sözlərinə görə, hər bir tikinti başlamamışdan əvvəl müəyyən tikinti zonası müəyyən olunur: “Həm ərazidə işləyəcək texnikanın, həm də ərazinin hərəkət diametri müəyyən edilir. Lazım olarsa, orda yaşayan sakinlər təhlükəsizlik baxımından digər ərazilərə köçürülür”.

Qanunvericiliyə görə, tikinti aparan şirkət isə müvafiq icra hakimiyyətinə görüləcək işlərin siyahısı barədə sənəd göndərir. Görünür, burada təhlükəsizlik qaydalarına riayət etməyən tikinti şirkətlərinin özləridir. Belə şirkətlərin bəzilərinin tikinti üçün nəzərdə tutulan materiallardan və qurğulardan düzgün şəkildə istifadə etməməsi bədbəxt hadisələrə gətirib çıxarır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə