Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistan səfirlərin Qəbələdəki bəyanatından narahatdır
Ermənistan səfirlərin Qəbələdəki bəyanatından narahatdır
24 İyun 2014 / 12:30 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Ermənistan ictimaiyyəti Azərbaycan və Rusiya iş adamlarının Qəbələdə keçirilən forumundan narahatlıq ifadə ediblər.

arxiv.bizimxeber.az xəbər verir ki, erməni saytları toplantını anbaan işıqlandıraraq, tərəflərin verdiyi bəyantları operativ şəkildə Ermənistan ictimaiyyətinə çatırıblar. Onlar Rusiyanın Azərbaycandakı fövqəladə səfiri Vladimir Doroxinin və ölkəmizin şimal qonşusundakı baş diplomatı Polad Bülbüloğlunun verdikləri bəyanatlardan narahatlıqlarını isə gizlətməyiblər.

Rusiya-Azərbaycan münasibətlərinin inkişafını Ermənistanın siyasi və iqtisadi itkisi olaraq dəyərləndirən erməni mediası bütün günahların Sərkisyan iqtidarında olduğunu açıq ifadə ediblər. Onların qənaətinə görə, bütün iqtisadi-siyasi rıçaqların faktiki olaraq Rusiyaya verilməsi Ermənistanın müstəqillikdən məhrum edib və İrəvanın taleyini ondan xəbərsiz Rusiya həll edir.

Xatırladaq ki, toplantının miqyasından və gedişindən razılıq ifadə edən hər iki səfir ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin olduğunu və bu əlaqələrin günü-gündən yüksələn xətt üzrə artdığını bəyan etmişdilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə