Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ŞOK: Anar Məmmədov “Topaz”ı Hafkadan alır
ŞOK: Anar Məmmədov “Topaz”ı Hafkadan alır
24 İyun 2014 / 12:42 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Mərc oyunlarının təşkilini həyata keçirən “Topaz”la iş adamı Hafiz Məmmədovun yolları ayrılır.

Axar.az məlumatlı mənbəyə istinadən xəbər verir ki, “Bank of Azerbaijan”ın sahibi H.Məmmədovun “Topaz”dakı payının əlindən alınması bankın fəaliyyətindəki böhranla əlaqədardır. Belə ki, sözügedən bankın düşdüyü böhranlı vəziyyət Hafka ilə “Topaz”ın vidalaşmasına gətirib çıxarıb.

Mənbə iddia edir ki, gündəlik yığılan mərc vəsaiti “Bank of Azerbaijan”da toplanıb, uduşlar bu bank tərəfindən təqdim olunub. Lakin “Bank of Azerbaijan”ın qarşılaşdığı ağır dövr belə bir qərar verməyə əsas yaradıb. Çünki bankın külli-miqdarda borcu var. Topaz “Bank of Azerbaijan”da yığılan borcları geri qaytara bilmir.

Mənbə qeyd edir ki, “Topaz”da nəqliyyat nazirinin oğlu Anar Məmmədovun da payı var. Xeyli vaxtdır ki, nazir oğlu ilə iş adamının münasibətlərində bir soyuqluq yaranıb. Belə görünür ki, Hafkanın “Topaz” payı bir əldə cəmləşdirilir və köhnə şəriklə biznesə son qoyulur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə