Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qubanın icra başçısı ayağından güllə ilə vurulub? -ŞOK İDDİA
Qubanın icra başçısı ayağından güllə ilə vurulub? -ŞOK İDDİA
24 İyun 2014 / 12:58 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Qubanın icra başçısı Mübariz Ağayevlə bağlı olduqca maraqlı və sensasiya doğuracaq məlumat yayılıb.

arxiv.bizimxeber.az jam.az-a istinadən xəbər verir ki,sensasiya doğuran əsas səbəb icra başçısının rayonda radikal dini qruplaşma üzvlərinin hədəfinə gəlməsidir.

İddia edilir ki, bir müddət əvvəl Mübariz Ağayev Qubada kök salmış radikal dini təşkilatların nümayəndələri ilə üz-üzə gəlib. Həmin münaqişəli vəziyyətdən dolayı qarşı tərəfin icra başçısına aqressiyası onların silaha əl atmasına səbəb olub. Yayılan xəbərlərdə qeyd edilir ki, həmin vaxt radikal cərəyanın üzvləri imkan taparaq icra başçısına güllə atıblar. Və nəticədə o, ayağından yaralanıb. Yaranın ağır olmaması səbəbindən Ağayev elə rayon xəstəxanasında müalicə olunub.

Amma hadisə məhz onun göstərişi əsasında məxfi saxlanılıb. Məqsəd rayonda qarışıqlıq və ya hansısa neqativ halın yaşanmasının qarşısını almaq olub. Bu əsnada Mübariz Ağayevlə bağlı başqa bir ilginc məlumat da dolaşır. Həmin məlumata görə, Qubanın icra başçısının məmurlardan birinə 450 min manat borcu var. Hazırda bu xəbərlərin nə dərəcədə dəqiq olub-olmadığı ilə bağlı araşdırma aparırıq.

Yazıda qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə