Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Saakaşvili Putinin planını ifşa etdi
Saakaşvili Putinin planını ifşa etdi
24 İyun 2014 / 14:45 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Donetsk və Luqansk vilayətlərindəki münaqişə 1992-1993-cü illərdə Abxaziya müharibəsi ilə oxşardır.

AzVision.az-ın məlumatına görə, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz “Facebook” sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

“Həmin vaxt Şvarnadze 3 sülh sazişi imzaladı və hər dəfə Rusiya bundan yeni ərazilərin tutulması və oradakı qüvvələrin gücləndirilməsi üçün istifadə edib. Bu gün barışıq elan edən Putin çox güman ki, qarşısında 3 məqsəd qoyur; İlkin məqsəd – Qərb tərəfindən tətbiq ediləcək sanskiyalardan yayınmaq, İkinci məqsəd – Putin “Donetsik Xalq Respublikası”ndan olan separatçıların vasitəsilə iki yeni subyekt yaratdı ki, bu da gələcəkdə Ukrayna – Rusiya deyil, Ukrayna – “Donetsik Xalq Respublikası”münaqişəsinə istinad etməyə imkan verəcək; Ukrayna hökumətinin sayıqlığını azaldaraq, həlledici zərbə vurmaq və Ukrayna ordusunu Donetsk və Luqanskdan tamamilə çıxartmaq üçün gizli şəkildə separatçıları gücləndirmək”, – deyə, Saakaşvili öz “Facebook” səhifəsində qeyd edib.

Saakaşvili, həmçinin Ukrayna hökumətinin mümkün bütün riskləri təhlil etmək və Putinin ərazi bütövlüyünü pozmaq planının həyata keçirməyə maneə olacaq qədər təcrübəyə malik olduğunu bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə