Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“3 günə Yerevanı da alarıq” – Siyavuş Novruzov
“3 günə Yerevanı da alarıq” – Siyavuş Novruzov
24 İyun 2014 / 15:42 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

“Hazıda regionda böyük gərginlik var, hər gün atəşkəs pozulur. Nəinki təmas xəttində, ümumilikdə Ermənistan-Azərbaycan sərhədlərində atəşkəs pozulur. Onu da deyim ki, atəşkəs haqqında saziş imzalanandan sonra bu günə qədər Naxçıvan Muxtar Respublikasında heç vaxt atışmalar olmurdu. Amma bu yaxınlarda orada da atəşkəs pozuldu. Bu da ordumuzun əhəmiyyətini, onun daha da güclənməsinin aktuallığını bir daha təsdiqləyir”.

arxiv.bizimxeber.az xəbər verir ki, bu fikirləri YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov hakim partiyanın saytına müsahibəsində bildirib.

Uzun illərdir Qarabağ münaqişəsinin həll edilməməsindən söz açan deputatın fikrincə, Azərbaycan Ermənistanla danışıqlar aparmamalıdır.

“Əslində, biz Ermənistanla danışıqlar aparmamalıyıq. Çünki ermənilər heç bir məsələni həll etmir. Danışıqları Ermənistanı himayə edən dövlətlərlə aparmalıyıq. Ermənistan müstəqil dövlət deyil və Rusiyanın sözündən kənara çıxa bilməz. Ermənistan istənilən qərar qəbul etsə də belə, Rusiya razılıq verməsə bu qərarın heç bir əhəmiyyəti yoxdur”.

S.Novruzov daha sonra erməni deputatların Bakıda səsləndirdikləri ittihamlara cavab verib.

“NATO PA-nın Bakıda keçirilən tədbirində erməni deputatların səsləndirdikləri fikirlərin hamısı əsassızdır. Bütün dünya Ermənistanda nə qədər acınacaqlı vəziyyətin olduğunu bilir. Dərin sosial-iqtisadi böhran nəticəsində hər il təxminən 70 min insan işğalçı ölkəni tərk edir. Eyni zamanda, Qarabağ erməniləri ilə Ermənistan vətəndaşları arasında ciddi qarşıdurmalar var. Bu amil onların ordusunda da özünü göstərir. Ermənistandan heç kim Dağlıq Qarabağa hərbi xidmətə gəlmək istəmir. Hətta onların arasında insitdentlər də baş verir. Bu yaxınlarda Qarabağdan olan əsgər Ermənistandan gələn əsgəri vurub öldürmüşdü. Bunu erməni mətbuatı da yazdı. Ermənistanda əhalinin sayı o qədər azdır ki, sərhədlərin mühafizəsində mülki, yerli əhalidən istifadə olunur. Ermənistan ordusunun büdcəsi cəmi 250 milyon dollardı. Bu da bizim ordunun büdcəsindən 15 dəfə aşağıdır. Başqa dövlət qarışmasa, Azərbaycan ordusu 3 gün müddətinə Yerevana qədər gedib çıxa bilər. Ermənistanın bizim ordunun qarşısında dura biləcək heç bir potensialı yoxdur”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə