Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan QHT-ri AŞ PA-ya 82 siyasi məhbusun siyahısını təqdim etdi
Azərbaycan QHT-ri AŞ PA-ya 82 siyasi məhbusun siyahısını təqdim etdi
24 İyun 2014 / 15:52 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri iyunun 24-də AŞPA-nın yay sessiyası çərçivəsində Azərbaycanda siyasi məhbusların vahid siyahısını AŞ qurumlarına, həmçinin beynəlxalq ictimaiyyətin nümayəndələrinə təqdim ediblər.

“Turan”-ın məlumatına görə, siyahı siyasi məhbus anlayışının müəyyən edilməsi məqsidlə AŞPA-nın 3 oktyabr 2012-ci il tarixli 1900 saylı qətnaməsində əksini tapan meyarların əsasında hazırlanıb.

Siyahı insan hüquqları, əsasən siyasi məhbuslar məsələsi ilə məşğul olan 11 QHT tərəfindən tərtib edilib. Bu barədə Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinin rəhbəri Rəsul Cəfərov bildirib.

Onların arasında Hüquqi Maarifləndirmə Cəmiyyəti, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi, Siyasi Azadlıqların Müdafiəsi Alyansı, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti, Reportyorıarın Azadlıq və Təhlükəsizliyi İnstitutu, “Demokratik monitor”, Media Hüququ İnstitutu, Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi də var.

Xatırladaq ki, ötən gün AŞPA Bürosu Azərbaycanda siyasi məhbuslar məsələsinə baxılmasının AŞPA Hüquqi məsələlər və insan hüquqları komitəsinə verilməsi barədə qərar qəbul edib. Komitə siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edəcək və qətnamə layihəsi hazırlayacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə