Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SDU-da müəllimlər üçün kurikulum kursları keçirilir
SDU-da müəllimlər üçün kurikulum kursları keçirilir
24 İyun 2014 / 17:37 / Baxış sayı: 110
Font1 Font2 Font3 Font4

İyunun 24-də Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyi və MƏDƏD təşkilatının birgə dəstəyi ilə ali məktəblərdə kurikulum islahatlarının tətbiqi ilə bağlı nəzərdə tutulmuş kurslar öz işinə başlamışdır.

Sumqayıt Dövlət Universitetində keçirilən kursun əsas məqsədi kurikulum haqqında müəllimləri ətraflı məlumatlandırmaq, pedaqoji və metodika sahəsi üzrə təhsil alan tələbələrdə ümumi təhsilin fənn kurikulumlarını aşılamaqdır.

2014-2015-ci illərdə SDU-da ibtidai sinif müəllimliyi üçün nəzərdə tutulmuş əlavə fənlər tədris olunacaq. Kurikulum müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini əks etdirəcəkdi.

Kursda universitetin müxtəlif ixtisaslar üzrə tədrisin metodikası kafedralarının müəllim heyəti iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Təhsil Problemləri İnstitutunun böyük elmi işçisi, kurikulum üzrə təlimçi Nurlanə Məmmədova tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, kurikulumların, ümumilikdə təhsildə aparılan inkişafyönümlü addımların daha uğurlu alınmasında məhz yaradıcı və yenilikçi müəllimlərin rolu danılmazdır. Təlimçi Nurlanə Məmmədova kurikulum anlayışı haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bildirmişdir ki, kurikulum mənşəcə latın sözü olub, mənası “yol”, “istiqamət” deməkdir. Diqqətə çatdırmışdır ki, bizim tutduğumuz yol Azərbaycan təhsilinin inkişafına uğurlu töhfələr verəcəkdir.

Tədbirdə ümümmilli lider Heydər Əliyevin “Təhsil hər bir dövlətin, ölkənin cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” müdrik kəlamı vurğulandı.

N.Məmmədova son zamanlar respublikamızda həyata keçirilən uğurlu təhsil islahatlarından, xüsusilə də 2013-cü il oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində mütərəqqi islahatları nəzərdə tutan “Dövlət Strategiyası” nın ölkənin inkişafına daha yüksək töhfələr vermək istiqamətində düşünülmüş konseptual bir sənəd olduğunu qeyd etmişdir.

2006-cı ildə “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)” hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilmişdir. Ümumi təhsilin fənn kurikulumları Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiqlənmiş, pedaqoji ictimaiyyətin istifadəsinə verilmişdir.

Qeyd edək ki, Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlamışdır. İlk vaxtlar “təhsil planı” kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi

işlənmiş, son illərdəki hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır. Həmçinin diqqətə çatdırıldı ki, 24 gün davam edəcək kursda hər gün yeni mövzu seçiləcəkdir. Kursun sonunda iştirak edən müəllimlərə sertifikat verilməsi nəzərdə tutulur.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə