Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan və Rusiya 11 sənəd imzaladı
Azərbaycan və Rusiya 11 sənəd imzaladı
24 İyun 2014 / 18:05 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumunun yekun plenar iclası başa çatdıqdan sonra Azərbaycan ilə Rusiya arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

ANS PRESS-in məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyi arasında və Rusiyanın İnvestisiya Agentliyi ilə AZPROMO arasında qarşılıqlı anlaşma haqqında memorandumlar imzalanıb. Həmçinin Həştərxan Turizm Birliyi ilə Azərbaycan Turizm Assosiasiyası arasında və Ural Turizm Assosiasiyası və Azərbaycan Turizm Assosiasiyası arasında turizm sahəsində əməkdaşlıq barədə, “Həştərxan regional kanal”ı MMC ilə Azərbaycanın regional televiziyası arasında sazişlər imzalanıb.

Forum çərçivəsində Azərbaycanın və Rusiyanın bir sıra şirkətləri arasında da əməkdaşlığa dair sənədlər imzalanıb. Belə ki, Rusiyanın Rostov vilayətinin İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycanın “Mətanət A” şirkəti arasında, Rusiyanın “Aqroholdinq starıysad” ASC ilə Azərbaycanın “CTC Holdinq” şirkəti arasında, «Dağıstan Ticarət Evi» ASC ilə Azərbaycanın “Azeksfrukt” şirkəti arasında, “Dağıstan Steklotara” MMC ilə Azərbaycanın “Azərsun Holdinq” arasında əməkdaşlıq haqqında sazişlər, Dağıstanın “Yuqaqroholdinq” şirkəti ilə Azərbaycanın “İnvestment Group” MMC arasında Müqavilə imzalanıb.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə