Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ölkədən qaçan Yanukoviç ilk MÜSAHİBƏSİ
Ölkədən qaçan Yanukoviç ilk MÜSAHİBƏSİ
25 İyun 2014 / 12:32 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Bəsdir, müharibə, qan axıdılması, qardaş qırğınına son qoymaq vaxtıdır

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç ölkədən qaçandan sonra keçmiş dostu Olqa Berezovskaya ilk müsahibəsini verməyə razılaşıb. arxiv.bizimxeber.az saytı xarici mətbuata istinadən bildirir ki, eksklüziv söhbətdə Yanukoviç jurnalistlərə Ukrayna və ölkənin perspektivi ilə bağlı danışıb. Jurnalistlərin məlumatına görə, Viktor Fyodoroviç Soçi kənarındakı xəstəxanada yatır və bura daha çox sansatoriyaya bənzəyir. Keçmiş prezidentin palatasının yanında mühafizəçilər keşik çəkirlər, ancaq onlar formada yox, adi kostyumdadırlar. Palatada televizor var, keçmiş prezident Ukrayna ilə bağlı xəbərləri izləyir: “Çalışıram ki, mənim ölkəmdə baş verənlərin hamısını izləyə bilim”, – Yanukoviç kədərli təbəssümlə pıçıldayır. Jurnalistlər yazırlar ki, müsahibə ərəfəsi keçmiş prezidentin xəstəliyi ilə bağlı heç nə soruşmayacaqlar, yalnız Ukraynanın gələcək taleyi, onun şəxsi həyatı, beynəlxalq siyasət və müharibə haqda danışacaqlar.

– Viktor Fyodoroviç, siz Poroşenko haqda nə düşünürsünüz?

– O, legitim deyil, – Viktor Fyodoroviç baxışlarını kənara yönəldir, söhbətini davam etdirir – Poroşenkonun hakimiyyətə gəlişi qanuni yolla baş verməyib. Yalnız yeni seçki ilə prezident olmaq mümkündür. Kiyev xuntası isə qanlı, dəhşətli yolu seçdi. Bununla bərabər, xatırlatmaq istəyirəm ki, mən fevralda münaqişənin dinc yolla nizamlanmasını təklif etdim. Özlərini müxalifət adlandıran üç liderə təklif etdiyim “Yol xəritəsi”ndə situasiyasının stabilləşdirilməsi üçün fəaliyyət cədvəli öz əksini tapmışdı. Bunun əvəzinə xunta rəhbərləri xalqı qanlı qarşıdurmaya sürüklədilər və hələ də qan tökülməsinin qarşısını ala bilmirlər.

– Siz Pyotr Poroşenkonu uzun illərdir tanıyırsınız. İndi ukraynalılar ondan nə gözləyə bilərlər?

– Yaxşı heç nə. Pyotr Poroşenko dövlət hesabına tamamilə xoş güzəran əldə edib və ukraynalıların hamısından yaxşı yaşayır. O, indi Amerika kuklaçılarının əlində oyuncaqdır. Biz tanış olanda o, məhz oliqarxların əlində oyuncaq idi. Bu adamın prinsipləri yoxdur, onun üçün yalnız maddi təminat daha vacibdir. Xatırlayıram, mən hələ Donetsk vilayətinin qubernatoru olanda Poroşenko qarşımda diz çöküb ağır sənaye müəssisələrinin ona verilməsi üçün yalvarırdı. Mən o vaxt ona dedim ki, dövlət mülkiyyəti ilə bazarlıq etməyə hazırlaşımıram və ümumiyyətlə düşünməsin ki, o və onun kimilər xalq əmlakını oğurlayıb öz ciblərində gizlədə bilərlər.

– İndi yeni hakimiyyət sizi dövlət xəzinəsini talamaqda ittiham edirlər. Bu, həqiqətdirmi?

– Birincisi, Poroşenkonun Kiyev xuntasını yeni hakimiyyət adlandırmağa dəyməz. İndi Ukraynanı onu əvvəlllər idarə etməyə layiq olmayan insanlar idarə edir. Bunlar bizim yaramazlıqlarına görə Regionlar Partiyasından qovduğumuz xadimlərdir, bunlar o adamlardır ki, effektli idarəetməni bacarmırdılar, əvəzində həyasızcasına dövlətin pulunu oğurlayırdılar. İndi onlar özlərini kamikadze hökuməti adlandırırlar, indi onlar deyirlər ki, yeni qaydada yaşamaq lazımdır. Mən demokratik şəraitdə keçirilən seçkidə Ukraynanın qanuni prezidenti olmuşdum, onlar isə ölkəni elə vəziyyətə gətirdilər ki, biz, sadəcə tez müddətdə normal həyat şəraiti yarada bilmədik.

Mən 2010-cu ildə hakimiyyətə gələndə, səmimi etiraf etdim ki, ölkədə iqtisadiyyatı inkişaf etdirmək üçün yalnız möcüzə baş verməlidir. Ancaq möcüzə baş vermədi və biz qollarımızı çırmalayıb işləməyə başladıq. Bizə istədiklərimizi etməyə imkan vermədilər. Biz ölkədə sadə və başa düşülən islahatlar təklif edirdik. Biz vicdanla və açıq şəkildə öz fəaliyyətimizi bəyan edirdik. Buna niyə imkan verilmədiyini indi yeni adlandırılan hakimiyyətdən, faktiki olaraq xuntadan soruşmaq lazımdır.

Yox. Onların nə planı var, nə etiraf etməyə gücləri. Onlar heç nə edə bilməzlər, onlar siyasi uğursuzlardır və bacarıqsız menecerlərdir. Mənim milyardları oğurlamağıma gəldikdə, siz özünüz görürsünüz. Mən sadə palatada yatıram. Sarayda yaşamıram, vertolyotla balıq tutmağa getmirəm. Əgər onlar mənim xəzinədən nəyisə oğurladığımı faktlarla sübut etmək istəyirlərsə, məhkəməyə versinlər. Mən dövlət başçısı kimi düzgün məhkəmə prosesinə və hər addımıma görə cavab verməyə hazıram. Ancaq onlar gələcəyə hazırlaşsınlar, onlar cavab verəcəklər. Bilirəm, mənə indi də məruzə edirlər, gileylənirlər ki, ölkənin büdcəsi hansı həcmdə oğurlanır. Ukraynalılar kimin həqiqətən oğru, kimin yalançı, iftiraçı olduğunu hələ görəcəklər.

– Ukraynanın Cənub-Şərqində yaranan situasiya – bu Rusiyanın Ukraynaya qarşı müharibəsidir, yoxsa vətəndaş müharibəsi?

– Heç biri deyil. Onlar Kiyev xuntası ilə həmrəy olmayan Ukrayna vətəndaşlarıdır. Milyonlarla adam qəsdən seçkidə səs verməkdən məhrum olunub və onlar istədikləri şəxsə səs verə bilməyiblər. Belə qanlı siyasi gediş Poroşenkoya dövlət başçısı olmaq imkanı verib. Ancaq onun aldadıcı nəticədən zövq almasının axırına çox qalmayıb. Donetsk şaxtaçılarının yumruqları artıq sıxılıb və əlləri Poroşenkonun başının üstünə qalxıb. Əgər Kiyev xuntası təcili situasiyanın dinc yolla nizamlanması istiqamətində addımlar atmasa, əgər Kiyev Donbasın səsini eşitmək istəmirsə, onda xalq üsyanı öz yolu ilə tüğyan edəcək. Bunun nəticəsində ölənlər yüzlərlə yox, on minlərlə olacaq.

– Siz Donetskə qayıtmağa hazırsınızmı, əgər Donetsk Xalq Respublikası rəsmi dəvət edərsə?

– Mən istənilən an Ukraynaya qayıtmağa hazıram. Ancaq bir şərtlə, mənim və ətrafımın təhlükəsizliyinə təminat verilməlidir. Heç nəyi gizlətmirəm, şəxsən özümə görə qorxmuram. Ancaq mən mənə etibar edən insanların həyatı üçün cavabdehəm. Mən dəfələrlə demişəm, bir daha təkrarlayıram, açıq dialoqa hazıram və Ukraynada sülh və qayda-qanunun olması üçün kömək etməyə, bütün gücümü sərf etməyə hazıram, mən Kiyevi sevirəm. Bəsdir, müharibə, qan axıdılması, qardaş qırğınına son qoymaq vaxtıdır. Heç bir vəzifə, onun uğrunda dinc sakinlər ölürsə, qiymətli deyil.

– Viktor Fyodoroviç, vətən üçün darıxırsınızmı?

– İndi doğma yurduma qayıtmağı, insanlarla söhbət etməyi, onları dinləməyi  çox istəyirəm, Ancaq bunu edə bilmərəm. Bütün bu hadisələr səhhətimin pisləşməsi ilə nəticələnib. Mən düşünürəm, məsləhət verirəm. Ukraynada situasiyanı dəyişmək istəyən adamlar qalıb. Ancaq onlara söz deməyə imkan vermirlər, onları eşitmirlər. Mənim köməkçilərim ölkədə diktatura rejimi yaratdıqlarından şikayətlənirlər, ağıllı söz demək istəyənlərin ağızlarını yumurlar. Ancaq nə qədər sağam, nə qədər gücüm var, hətta kənarda olsam belə, Ukraynada normal həyatın bərpa olunmasına çalışacağam.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə