Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vəhhabilər çimərliklərdə təbliğat aparır – FOTO
Vəhhabilər çimərliklərdə təbliğat aparır – FOTO
25 İyun 2014 / 17:55 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Həmin buroşürlər 72 maddədən ibarət olub.

Türkiyənin Sakarya bölgəsindəki çimərliyə saqqallı və əba geyinmiş kişilər gələrək qadınlardan qapanmalarını tələb ediblər.

arxiv.bizimxeber.az  Gün.Az-a istinadən xəbər verir ki, Türkiyə mətbuatının xəbərinə görə, onlar “Allah və Rəsulunun istədiyi xanım əfəndi”  başlıqlı buroşürlər da paylayıblar.

Həmin buroşürlər 72 maddədən ibarət olub və orada yazılıb ki, qadın örtülü geyinməli, çalğı olan toylara getməməli, yol ortasında, insanların gəzdiyi yerdə oturmamalı, fala baxdırmamalı, zəruri olmadıqda alış-veriş etməməli, ərindən icazəsiz çölə çıxmamalıdır.

Həmçinin qadınlara qaş aldırması, saç əkdirməsi, estetik əməliyyat, şalvar geyinmək, yad kişilərlə ünsiyyət, evdə it saxlamaq, incə corab geyinmək, ev başmağında gəzmək, musiqi dinləmək haram buyrulub.

Qeyd edək ki, onlar özlərini İsmailağa məscidi və xeyriyyə fondunun nümayəndəsi kimi təqdim ediblər.


arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə