Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Jalə-Biznes”də rüşvət əvəzinə mənzil – FOTO
“Jalə-Biznes”də rüşvət əvəzinə mənzil – FOTO
26 İyun 2014 / 15:00 / Baxış sayı: 92
Font1 Font2 Font3 Font4

Azərbaycanda  rüşvətin  yeni  növü

Böyük  rus yazıçısı  Nikolay Qoqolun  məşhur  “Müfəttiş”  komediyasının qəhrəmanı  rüşvətxor  hakim öz əməlinə belə bəraət qazandırırdı: mən rüşvət olaraq pul almıram, “ov küçük”ləri –  götürürəm. 

Deyəsən bəzi Azərbaycan məmurları da bu ənənəni davam etdirirlər. Amma bizim məmurlar rüşvət yerinə “küçük”  deyil, böyük  mənzil  rüşvət alırlar.
Qafqaz  Xəbər Agentliyinə  (Qafqaznews.org)  müraciət edən “Jalə-Biznes”şirkətinin keçmiş direktor müavini  Elçin Hacıyev  bildirib ki, mən şirkətin  direktorunun qanunsuz əməllərinin qurbanına çevrilmişəm.
Şirkətin formal sahibi Tofiq Nəbiyev olsa da, “Jalə-Biznes”in həqiqi sahibi  “Muğanbank”ın  prezidenti Elmir Mehdiyevdir.  “Jalə-Biznes”  şirkəti  Bülbül prospekti 40-42 ünvanda inşa edilən göydələnlər kompleksinin  sifarişçisidir.
Ümumiyyətlə, kompleksin tikintisi  bütün qanunların pozuntusu ilə müşayiət olunur. Bu binaların tikintisini podratçı təşkilat olan “Falez-memarlıq”  həyata keçirir.
“Jalə – Biznes”   dövlət büdcəsinə  vergi ödəməkdən yayınmaq üçün  podratşı  təşkilatla bank vasitəsilə deyil, birbaşa, nağd yolla hesablaşırdı. Bu isə böyük miqdarda vergidən yayınmaqdır.
Elçin Hacıyevin sözlərinə görə  tikinti kömpleksinin dövlət komissiyası tərəfindən təhvili zamanı böyük qanun pozuntularına yol verilmişdir: “ Elmir Mehdiyev tikinti kompleksinin  dövlət qəbulu zamanı komissiya üzvlərinə böyük miqdarda rüşvət vermişdir”.
Müxbirimizin  “Nə üçün komissiya üzvlərinə rüşvət verilmişdir”sualına şikayətiçi belə cavab verib:”Çünki bu binalardakı bütün mənzillərin sahəsi təsdiq olunan layihədə göstəriləndən 15-20 faiz çoxdur. Ancaq qanunsuzluqlar bununla bitmir”.
 Keçmiş direktor müavininin sözlərinə görə  “Jalə-Biznes”in tikdiyi  binadakı mənzillər də müştərilərə bank vasitəsilə deyil, nağd yolla satılırdı. Məqsəd dövlət büdcəsinə ödənməli  olan böyük məbləğdə vergidən yayınmaq olub.
Müxbirimizin “Nə üçün  dövlət orqanları  bu boyda qanunsuzluqlara göz yumub” sualını  Elçin  Hacıyev belə cavablandırıb: ” Ona görə ki, bir çox yüksəkçinli dövlət məmurları həmin binalardan  pulsuz mənzil alıblar”.
Keçmiş direktor müavini həmin məmurlardan bir neçəsinin adını çəkib: “ Məsələn, Mərkəzi Bankın prezidenti  Elman Rüstəmov, İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımov, Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi Xidmətinin rəhbəri  Adışirin Qasımov və başqaları”.
Maraqlıdır, nə üçün keçmiş direktor müavini mətbuata müraciət etməli olub. Elçin müəllim bu suala belə aydınlıq gətirib:” Çünki mənim özüm də aldanmışlardan biriyəm. Elmir Mehdiyev mənzil satışından gələn gəlirin 2 faizini  mənə vəd vermişdi və mən bu şərtlə işləməyə razılıq vermişdim. Amma o, faktiki olaraq mənə 0, 2 faiz, yəni 10 dəfə az  verdi. Mən onunla 8 il birgə işlədim. Bu müddət ərzində o mənə 2,5 milyon dollar borclu qaldı”.
Qafqaz Xəbər Agentliyi olaraq obyektivliyi qorumaq üçün qarşı tərəfin də mövqeyini öyrənmək qərararına gəldik. “Muğanbank”ın  prezidenti  Elmir Mehdiyev bildirdi ki, mənim “Jalə-Biznes” şirkətinə heç bir aidiyyətim yoxdur və Elçin Hacıyevin dedikləri həqiqətə uyğun deyil”.
Mövzunun aktuallığını nəzərə alaraq  gündəmdə saxlayacağıq.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə