Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı-Tiflis arasında 1 milyonluq qalmaqal: Tiflis geri çəkildi
Bakı-Tiflis arasında 1 milyonluq qalmaqal: Tiflis geri çəkildi
26 İyun 2014 / 11:39 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bir neçə gün bundan öncə Gürcüstan parlamentinin üzvlərinin Bakı Beynəlxalq Hava limanında üzləşdikləri insindentlə bağlı yaranan qalmaqala son qoyulub. 

arxiv.bizimxeber.az xəbər verir ki, məsələyə bu ölkənin parlament sədri David Usupaşvili “İmedi” telekanalına müsahibəsində aydınlıq gətirib. Spiker bildirib ki, Bakı Hava limanında əsl anlaşılmazlıq yaşanıb. O, gürcü deputatlar İrma Nadiraşvili və Zurab Caparidzenin Tiflisə gəlişi haqqında daha geniş məlumata malik olmadığını açıqlayıb. Usupaşvili qeyd edib ki, deputatlar Bakıda Gürcüstan parlamentinin tövsiyyəsi və təlimatı ilə olmayıblar:

“Mən onların səfərləri barədə əlavə informasiyaya malik deyiləm. Amma bir məqam dəqiqdir ki, orada əsl anlaşılmazlıq yaşanıb. Həmkarlarım məsələni yoluna qoyublar və onlar hazırda Gürcüstandadırlar, fəaliyyətlərini davam etdirirlər. Təkrar edirəm, əlavə məlumata malik deyiləm. Eyni zamanda, vəzifəmdir ki, parlamentimizin istənilən üzvünün problemlə üzləşdiyi halda onlara yardım edəm. Konkret bu məsələdə deputatlarımız özləri məsələni həll edəcəklərini bildirdilər və yoluna qoydular. Mən həmçinin səfirimizin fikirləri ilə də tanış oldum. Hadisələrin böyük miqyas almaması üçün əllərindən gələni edən Azərbaycandakı dostlarımıza da təşəkkürümü bildirmək istərdim. Biz diqqətli olmalıyıq. Söhbət məndən, Naderaşvili və digər deputatlardan deyil, iki ölkə arasında əlaqələrdən gedir. İki həftədən sonra Bakıya səfər edəcəm. Əminəm ki, bu insindent ölkələrimiz arasında əlaqələrə təsir etməyəcək”.

Artıq Gürcüstanda əksər siyasi təhlilçilər və müxalifət düşərgəsi Qaribaşvili hökumətini təcrübəsizlikdə qınamağa başlayıblar və Azərbaycan kimi önəmli müttəfiqi ilə diqqətli olmağa çağırıblar.

Bəs, nə baş vermişdi?

Bir neçə gün öncə Gürcüstan deputatları İrma Nadiraşvili və Zurab Caparidze üstlərində gömrük bəyannaməsinə salınmamış böyük məbləğdə pul olduğu bildirilərək, Bakı aeroportunda saxlanmışdılar. Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze pulun təxminən 1 milyon dollar olduğunu demişdi.
Əvəzində isə iyunun 20-də Tiflis Bakıya nota verdi və məsələnin araşdırılması üçün Xarici İşlər naziri Mayya Pancikidze Azərbaycanın Tiflisdəki səfirinin Gürcüstan XİN-ə çağırıldığını bəyan etdi.

Bu arada Fransanın Berjerak şəhəri merinin gürcü məsləhətçisi Nuqzar Sulaşvili sosial şəbəkədə yeni faktlar ortaya qoydu və bu məlumatlar Gürcüstan (eləcə də Azərbaycan) mediasında böyük rezonans yaratdı. Sulaşvili bildirdi ki, onda hadisənin necə baş verməsi barədə 100 faizlik məlumat var. Ona bu məlumatları Gürcüstandakı vəzifəli dostlarından biri deyib:

“Həmin şəxsin adını açıqlamağa ehtiyat edirəm. Çünki onu dərhal işdən çıxararlar. Gürcüstan Xarici İşlər nazirinin müavinləridən biri nazir Maya Pancikidzenin göstərişi ilə ölkəsinin Bakıdakı səfirliyinə zəng etməyi tapşırıb. Məqsəd müxalifətdə olan Milli Hərəkat Partiyasını (Saakaşvilinin partiyası – red.) parlamentdə təmsil edən deputatların qeyri-qanuni yolla Gürcüstana külli miqdarda pul keçirmək istəkləri barədə xəbəri səfirin diqqətinə çatdırmaq olub. Səfirə dərhal hərəkətə keçmək və Bakı Hava limanında lazımı tədbirlər görmək göstərişi verilib. Səfir isə uyğun olaraq Azərbaycanın aidiyyəti qurumlarını məlumatlandıraraq, köməklik göstərmələrini istəyib. Səfir Azərbaycan tərəfini əmin edib ki, bu, iki ölkə arasında diplomatik qalmaqal deyil, əksinə, onlarda yalnız məmnunluq hissi yaradacaq.

Təbii ki, azərbaycanlı sərhədçilər Zurab Caparidze və İrma Naderaşvilini saxlayaraq, onların üzərində axtarış aparıblar. Gözləntidən fərqli olaraq, onlardan heç nə tapmayıblar. Bu zaman sərhədçilər Azərbaycan Xarici İşlər Nazirliyini və Daxili İşlər Nazirliyini məlumatlandırıblar. Məsələyə kəskin reaksiya verən azərbaycanlı nazir Gürcüstanın Bakıdakı səfirini telefonla arayaraq, yanlış məlumata görə ona etirazını bildirb. Bir neçə saat sonra isə Pancikidzenin özü gürcü səfirini yığıb və onu hədələyərək vəziyyətdən çıxış yollarını tapması göstərişini verib. Əlavə edib ki, əks halda səfir postunu itirməli olacaq.

Səfir Teymuraz Şaraşenidzenin reaksiyası da nazirinə kəskin olub. Əlavə edib ki, bu avantüraya onu elə Pancikidze sürükləyib”.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə