Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi sədrinin özəl tarifləri…
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi sədrinin özəl tarifləri…
26 İyun 2014 / 14:00 / Baxış sayı: 440
Font1 Font2 Font3 Font4

Hər bir  konstitusion dövlətdə vətəndaşların son ümid yeri məhkəmələrdir. Vətəndaşlar problemlərinin həlli üçün qanuna üstünlüik verərək məhkəmələrə üz tuturlar. Bəs məhkəmələr necə, vətəndaşın haqqlarını özünə qaytara bilirmi və yaxud vətəndaş məhkəmədən ona lazım olan qərarı almaq üçün nələrdən keçir?

Azərbaycanda vətəndaşların narazı qaldıqları məkanlardan biri həmişə məhkəmələr olub. Açıq şəkildə bildirilir ki,  Azərbaycandakı məhkəmələr sifarişli və ya qanunların kobud pozulması ilə müşahidə olunan qərarlar qəbul edir. Nəticədə isə şikayətlər Avropa Məhkəməsinə qədər gedib çıxır. Bu isə Azərbaycan üçün yaxşı tendensiya deyil. Nİyə? Bu qanunlarda olan boşluqlardır, yoxsa, məhkəmə hakimlərinin günahı?

Azərbaycanda ölkə başçısı İlham Əliyevin  2010-cu il 15 iyul tarixli Fərmanı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (keçmiş 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi) yaradıldı. Bu məhkəmə vətəndaşa yaranmış problemin həllində tez bir zamanda yardım etmək üçün keçərli qərarlar vermək səlahiyyətinə malikdir. Amma di gəl ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində real vəziyyət tamam başqadır.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayevin daxili göstərişi ilə məhkəmə işini tamam başqa istiqamətdə qurub.

Redaksiyaya daxil olan məlumatda qeyd olunur ki, məhkəmədə hər bir qərarın tarifi var. Xeyr, bu tarifi Tarif Şurası yox, Rəşid Rzayev müəyyənləşdirir. Tariflər qərardan asılı olaraq 1500-10000 manat arasında dəyişir. Hakim köməkçiləri məhkəməyə müraciət edən hər bir vətəndaşla görüşür və prosedur qaydalarını ona anladır. Əks təqdirdə, daha doğrusu bu tarif və qayda ilə razılaşmayan vətəndaş lazım olan qərarı ala bilmir.

Məhkəmədə belə şəxslər hakimin hədəfi olur, onlara çaşdırıcı və lazımsız suallar verilir. Ən acınacaqlısı odur ki, hakimlər və onların köməkçiləri vətəndaşlarla olduqca kobud davranır, iddia ərizəsindəki çox cüzi səhvlərə görə ərizə geri qaytarılır.  Bütün bunlara göz yuman sədr Rəşid Rzayev isə öz kabinetində oturaraq səhərdən axşama kimi rus kanallarında verilən verilişlərə və kinolara baxır.

Redaksiyaya ünvanlanan faktlara qarşı tərəfin mövqeyini öyrənmək üçün məhkmənin demək olar ki yenilənməyən rəsmi saytında göstərilən telefon nömrələrinə zəng etdik. Dəstəyi qaldıran sədrin xanım köməkçisi bildirdi ki, “Rəşid Rzayev məzuniyyətdədir və hərdən məhkəməyə gəlib gedir, suallarınızı yalnız sədr özü cavablandıra bilər… Sədr isə yoxdur”.

Bax, bu da  2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində katibə xanımın bizə verdiyi cavab.

Elə isə, Ədliyyə naziri, hörmətli Fikrət Məmmədovun bunlardan xəbəri varmı? Nazir bilirmi ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində vətəndaşlar ciddi süründürməçiliklə qarşılaşır …

Baş verənləri diqqətdə saxlayacağıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə