Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Prezidentin çıxışına kölgə salmağa çalışdılar”
“Prezidentin çıxışına kölgə salmağa çalışdılar”
27 İyun 2014 / 13:22 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycanın haqq işinə, Azərbaycanda gedən proseslərə kölgə salmaq üçün müəyyən əl deputatları olan erməni lobbisinə işləyən avropalı parlament üzvləri bu addımları atdı

Lakin onların təxribatı baş tutmadı. Çünki bizim işimiz haqq işidir”. Deputat Siyavuş Novruzov Azərbaycan Prezidenti İlham Əliyevin AŞPA-dakı çıxışı barədə danışarkən belə deyib.

O bildirib ki, Azərbaycan prezidentinin AŞPA-dakı çıxışı ilə bütün Azərbaycan bir fəxarət hissi keçirtdi. Lakin bəzi qüvvələrdən başqa, erməni lobbisinə xidmət edən müəyyən avropalı deputatlar, ermənilər və ermənilərdən daha çox Azərbaycana ziyan vuran, Azərbaycan əleyhinə işləyən bəzi ünsürlər Prezidentin çıxışa kölgə salmağa çalışdılar. “Biz bunun hamısının şahidi olduq ki, cənab prezidentin Azərbaycanla bağlı, dünyada gedən proseslərlə bağlı fikirlərini səsləndirdi. Burada Avropa deputatlarının cənab prezidentə qoyduğu sual hansı ki Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolu barədə və regiondakı münaqişənin həlli yolları ilə bağlı deyil, hansısa erməni deputatının yazıb qarşısına qoyduğu avropalı deputat mənşəcə erməni olan Leyla Yunus barədə sual verir. Niyə 1 milyon qaçqın haqqında sual vermirsiniz? Niyə 20% işğal olunmuş torpaqlardan sual vermirsən? Hanısa erməni mənşəli biri barədə sual verirsən. Bu da bir daha orada olan insanların simasını ortaya qoydu. Müxtəlif adlarda orada sığınacaq almış, hətta biz araşdırmışıq bəziləri erməni olduğuna görə orada sığınacaq alan özlərini azərbaycanlı adlandıran şəxslər erməni olduğuna görə sığınacaq alır.

Təbii ki, bunlara o cür çıxış, o cür münasibət sərf etmir və Azərbaycanın haqq işinə, Azərbaycanda gedən proseslərə kölgə salmaq üçün müəyyən əl deputatları olan erməni lobbisinə işləyən avropalı parlament üzvləri bu addımları atdı. Lakin onların təxribatı baş tutmadı. Çünki bizim işimiz haqq işidir. Cənab Prezidentin qeyd etdiyi kimi, mən çalışacağam ki, bizim sədrliyimiz dövründə ikili standartların qarşısı alınsın”.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə