Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ ermənilərin tələbini qəbul etdi
ABŞ ermənilərin tələbini qəbul etdi
27 İyun 2014 / 16:36 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Türkiyə və Şimali Kiprdə yerləşən xristian mülkləri barədə qanun layihəsi qəbul edilib.

arxiv.bizimxeber.az xəbər verir ki, ABŞ Konqresində ötən həftə səsə qoyulması planlaşdırılan, ancaq Mosulda yaşanan böhran səbəbiylə qeyri-müəyyən bir tarixə təxirə salınan Türkiyədəki xristian mallarına dair 4347 saylı “Türkiyə Xristian kilsələrinin hesabat vermə Aktı” adlı qanun layihəsi erməni diasporunun təzyiqləri nəticəsində bu gün yenidən Konqresin gündəmində olub. Qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.

Komitə üzvlərinin əksəriyyəti layihəni dəstəkləyərkən, Demokrat Partiyasının Virciniya millət vəkili Qerald Konolli və Nyu York millət vəkili Qriqori Miks layihəni sərt dillə tənqid edib. Layihənin yazılma formasının ABŞ və NATO-nun müttəfiqi Türkiyə ilə olan dostluğunu əks etdirmədiyini qeyd edən Konolli, Türkiyənin dini mülklərin qorunması istiqamətində atdığı müsbət addımların görməməzlikdən gəlindiyini söyləyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə