Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Millət vəkili erməni mediasına müsahibəsi: Azərbaycan “forpost” ölkə deyil
Millət vəkili erməni mediasına müsahibəsi: Azərbaycan “forpost” ölkə deyil
28 İyun 2014 / 13:01 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Azərbaycanın təhlükəsizliyinə Ermənistandan daha təhdidedici heç bir şey yoxdur”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Rasim Musabəyov “Arminfo” saytına açıqlamasında deyib. O, son günlər Azərbaycanda dini qrupların fəaliyyətində fəallığın müşahidə olunduğunu bildirib:

“Azərbaycan bütün sərhədyanı ölkələrlə xoş qonşuluq münasibətləri qurmağa çalışır. Rusiya ilə biz sərhədlərimizin delimitasiyasını həyata keçirmişik. İranla sərhəd isə Sovet dövründən müəyyənləşdirilib. İran və Türkmənistanla Xəzərdə olan bəzi məsələlər danışıqlar vasitəsilə həll edilir. Qlobal və regional güclərin Azərbaycanı öz təsir dairələrinə salmaq cəhdləri yürüdülən balanslı siyasət kursu nəticəsində tam neytrallaşdırılır.

Bunun da nəticəsində müstəqilliyini saxlayır və “forpost”, yaxud peyk olmaqdan özünü qoruyur. İslami cihad qruplarına gəlincə isə son günlər həqiqətən onlar tərəfindən təhdid artıb. Lakin Azərbaycanın xüsusi xidmət orqanları situasiyanı tam nəzarətdə saxlayırlar. Azərbaycan Rusiya ilə dağ relyefin və Samur çayı ərazisindən ölkəyə daxil olmaq istəyən ekstremist qrupların zərərsizləşdirilməsi işində qarşılıqlı əməkdaşlıq edir. Biz həmçinin Türkiyə, İsrail və ABŞ-la da bu sahədə qarşılıqlı əməkdaşlıq edirik. Azərbaycanın xüsusi xidmət orqanlarının uğurunun bariz nümunəsi odur ki, son illər ərzində həmin qruplar ölkə ərazisində bir dənə də olsun terror aksiyası keçirə bilməyiblər”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə