Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zakir Həsənov orduya xüsusi tapşırıq
Zakir Həsənov orduya xüsusi tapşırıq
29 İyun 2014 / 0:14 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov orduya Ermənistan tərəfinin hər atəşinə onqat cavab verilməsi barədə tapşırıq verib.

Son zamanalar Azərbaycan-Ermənistan cəbhəsində qoşunların təmas xəttində sakitlik daim pozulur. Ermənistan silahlı qüvvələri həm Ermənistan ərazisindən, həm də işğal etdikləri Azərbaycan ərazilərində mövqelərimizi, eləcə də mülki vətəndaşları atəşə tuturlar.

Verilən hər itkiyə Azərbaycan tərəfi düşmənə adekvat tədbirlərin görülməsi ilə cavab verir. Cəbhə xəttinin bir hissəsinin yaşayış məntəqələrimizin yaxınlığında olmasından istifadə edərək son zamanlar düşmən mülki əhalimizi atəşə tutur. Ona görə də belə vəziyyətlərdə bəzən uşaqları, qadınları və qocaları qorumaq mümkün olmur.

Etibarlı mənbələrdən əldə edilən məlumata görə, müdafiə naziri Zakir Həsənov bundan sonra ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə xüsusi tapşırıq verib.

Nazir hansı düşmən mövqeyindən və hansı istiqamətdən kəndlərimizə atəş açılarsa, həmin atəş nöqtəsinin dərhal susdurulması və o istiqamətdə hərəkət edən nə varsa, darmadağın edilməsi göstərişini verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə