Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moskva Qarabağ savaşında tərəfsiz qalacaq
Moskva Qarabağ savaşında tərəfsiz qalacaq
30 İyun 2014 / 12:07 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Ermənilər bölgədə yenidən hərbi avantüra törətməyə çalışırlar”.

Bu sözləri  politoloq Qabil Hüseynli Qarabağ ətrafında baş verən son prosesləri şərh edərkən deyib.

O, İrəvanın işğal olunmuş rayonları bir dəfəlik qaytarmaq niyyətində olmadığını bildirib:

“Rusiya-Azərbaycan yaxınlaşmasının təsiri erməniləri müxtəlif fəndlərə əl atmağa vadar edir. Onlar Rusiya ilə strateji müttəfiqliyə arxalanaraq, belə bir avantüraya getmək niyyətindədirlər. Bununla da Moskva ilə Bakı arasında inkişaf edən münasibətləri pozmaq istəyirlər. Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı rayonların geri qaytarılması ilə bağlı aparılan müzakirələrə təsir edə bilər. Son günlər müxtəlif rayonların azad olunacağı ilə bağlı informasiyaların yayılması da burada aparılan müzakirələrin ciddiyyətindən xəbər verir. Ümumiyyətlə, bu danışıqlar çox məxfi aparılır. Ermənilər isə bütün rayonların birdən qaytarılmasının tərəfdarı deyillər. Onlar bəzi bölgələri saxlamaqla gələcəkdə Dağlıq Qarabağın statusu ilə bağlı məsələdə bazarlıq etmək niyyətindədirlər. Rusiya hərbi avantürada Ermənistanı müdafiə etməyəcək. Üstəlik Qarabağın Azərbaycanın ərazisi olduğu bəhanə gətirilərək, Moskva səssiz qalacaq”.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə