Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu hamımızın döyüşüdür…
  • 02 Avqust 2014 / 13:54 / Baxış sayı: 7200

Hər bir millətin tarixində uğurlu və ya uğursuz günlər olur. Əlbətdə biz də istisna deyilik.  Sadalamayacam…

1 avqust 2014-cü il.. Bu tarix bizim təqvimə daha bir uğursuz gün olaraq yazıldı. Səhər ayılırıq və eşitdiyimiz ilk xəbər budur – “Azərbaycan ordusunun 11 əsğəri şəhid oldu”.

İlk düşündüyüm bu olur – Azərbaycanın 11 ailəsi üçün deyil, hər bir ailəsi üçün bu gün bir tarixdir. Çünki, onlar hər birimizin oğlu, dayısı oğlu, əmisi oğlu ola bilərdi… Sadəcə bu dəfə qismət belə olub, gələn dəfə başqa ola bilər… Ağır və ağır olduğu kimi faciə yükü olan bir hadisədir. Anlamaq və başa düşmək olmur.

Amma burda bir məqam da var. O ki, olanlara hansisa bir don geyindirir. Azərbaycan müharibə şəraitində olan bir ölkədir və hər gün cəbhə bölğəsində güllə səsləri eşidilir. Həftədə bir-iki şəhidimiz var…

Üstəlik bir gündə bir neçə əsgərin şəhid olması xəbəri də bizə yad deyil. Bu dəfə say 5, 7 yox, 11 oldu… 20 və ya 30- da ola bilərdi. Və yaxud əksinə cəmi 1 şəhid… Çünki söhbət müharibədən gedir. Müharibə yaddaşlarda yalnız itkiləri ehtiva edən bir aksiomadır.

“Azərbaycan modernləşmiş, son və müasir silahlarla təmin olunmuş bir orduya malikdir”. “Azərbaycan ordusu Qafqazın ən güclü ordusu hesab olunur”… Bəli, bu sitatlar Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin, eks müdafiə naziri Səfər Əbiyevin, indiki MN-i Zakir Həsənovun və hörmətli GENERAL mundiri daşıyanların qürurla işlətdiyi sitatlardır. Ola bilər ki, Azərbaycanın güclü ordusu var və mən ordunun gücünü 1 avqust hadisəsi ilə tərəziyə qoymaq istəmirəm. 11 şəhid vermək və ya 57 erməni əsgərini öldürməklə ordunun gücünü müqayisə edənlər yanılır.

Çün daha ciddi məqamlar var ki, bunlara daha diqqətlə baxmaq lazımdır. O məqamlara ki, o bizə 11 şəhid itkisindən də ağır zərbələr vurur.

Hadisə baş verən gün səhər saatlarında bütün ölkə mətbuatı bu hadisənin ilkin təfərrüatlarını araşdırmağa başladı. Hər kəs bir versiya, bir xəbər yaydı. Müxalifət mətbuatı Ali baş komandan İlham Əliyevi və Müdafiə naziri Zakir Həsənovu günahlandırdı. “Müstəqil” mətbuat ordan-burdan eşitdiyi xəbəri oxucu toplamağa xatir bəzək-düzəkli şəkildə yaydı. İqtidar mətbuatı isə həmişə olduğu kimi rəsmi məlumatlarla kifayətləndi.

Bəs “özəl” televiziyalar?….

Televiziyalarda çal çağır, vur çatlasin var idi. Hamı kefdə damağda. Həmişə olduğu kimi, yenə heç bir telekanal efirdəki çal-çağırı bir anlıq saxlayıb bu xəbəri insanlara çatdırmadı… Səbəb aydındı. Onlar bu xəbərin çəmiyyətə çatdırılması zamanı yuxarıların ciddi təpkiləri ilə üzləşməkdən qorxdu… Bu həmişəki üsuldu və çeynənmiş modeldi.

Onlar QORXAQDIRLAR…

Belə də olmalı idi və bundan artığını gözləmək ağılsızlıqdır. Mənə görə, bu telekanllar elə indiki işləri ilə məşğul olsalar yaxşıdır. Onlar bunu daha yaxşı bacarırlar. Ya kiminsə videosunu yaymağa, ya da AzTV kimi hansısa ucqar rayonda taxıl zəmilərini çəkib “Bu il arpa bol olacaq, deməli çörəyimiz də bol olacaq” kimi mənasız bir verlişlərə maliyyə ayırmaqda maraqlıdırlar. Təki, təpkiləri olmasın, balalarını xarici məktəblərdə oxutsunlar, ən son model avtomobillərdə gəzsinlər, bahalı içkilər içib “kayf” tutsunlar. Bu yetər…

Amma söhbət bu gün dövlətin dəstəyini alıb, hansısa məmurun nəzarətində olan və hər ay milyonlarla manat vəsait alan özəl İnformasiya Agentliklərindən və ya Xəbər Portallarından gedir. Əslində baş verənlərə bir qədər kənardan baxsaq döyüş zamanı 11 əsgər itirdiyimizi anlasaq uduzduğumuzu ilk anda başa düşməli idik. Bir gündə 11 şəhid vermək həmin günü döyüşdə uduzmaq hesab olunur. Fərq etməz düşmənin 50 yoxsa 100 əsgəri öldürülüb. Faktiki olaraq biz 11 şəhid vermişik. Və bunun ardinca informasiya müharibəsi başlayacaqdı… Başladı da.

Bizim əgər səngərdə bu döyüşü uduzdusa, o zaman niyə informasiya müharibəsində biz qalib olmayaq? Artıq olan olub və ortada 11 şəhid var. Onlar bu Vətən üçün canlarından keçirlərsə, bəs biz niyə onlar üçün öz ağlımızı işlətməyək.  Müxalifət iqtidara acıqlı ola bilər. Bu adi və normal haldır. Amma belə məqamlarda ümumdövlət maraqları daha üstündü. Qarabağ həm də müxalifətçilərə lazımdı. Fərq etməz onu indiki iqtidar qaytarsın, yoxsa gələcəkdə İqtidar olmaq istəyən bugünki müxalifət. Əsas odur Qarabağ geri qaytarılsın…

Əgər biz 11 əsgər itirdiyimiz üçün Ali baş Komandanı, Müdafiə naziri Zakir Həsənovu,  general, zabit, gizir və əsgərləri naşılıqda günahlandırırıqsa, o zaman onlar kimi biz niyə naşılıq edib uduzuruq, hörmətli həmkarlar. Onların başı üzərində güllə viyildayırsa, bizlər sərin otaqda oturub rahat xəbər axtaririrq. O zaman biz niyə uduzmalıyıq?

Məlumdur ki, işin ikinci mərhələsi bizə, jurnalistlərə düşür. Bəli, bir gündə 11 əsgər itirən orduda problemlər var. Səhvlər var və bunlar zaman-zaman aradan qaldırılmalı idi. Amma qaldırılmayıb. Üstəlik, biz mətbuat olaraq son bir neçə ayı susub gözləmişik. Səfər Əbiyev vəzifədən alınarkən hər birimiz ağız dolusu yazdıq ki, yəqin ki, daha itkilərimiz az olacaq. Amma olmadı. Bu aylar ərzində ordudakı problemlər barədə heç bir mətbu orqan yazmadı. Və yaxud əksinə, böyük maliyyə ilə işləyən xəbər agentlikləri ciddi layihələr ortaya qoymadı. Ordunun yenidən formalaşdırılması üçün kömək etmədik. Ancaq bir şey yazdıq. “Səfər Əbiyevin komandası həbs olunacaq”, “Filan general filan generalla əvəzlənəcək”.

Bax nəticə də budur 11 şəhid və biz yenə günahlandırırıq. Biz yenə də, utanmadan mətbuatda, Facebook-da günahlandırmaqla məşguluq.

1 avqust tarixində cəbhə bölgəsində sözün əsl mənasında döyüş gedib. Orada olan 18 yaşlı əsgərdən ən yaşlı zabitə kimi mərdliklə döyüşüb. Biz onların o gecəsinə haram qatmayaq… Və nəzərə alaq ki, onların hamsı kasıb balasıdır və kişidir. Kasıb kişi olar deyib babalarımız. Onların əziyyətini yerə vurmayaq. Onların haqqına girib, “niyə döyüşə bilməyiblər?” deməyək.  Onlar kişi kimi döyüşüb. 18 yaşlı bir gəncin gecə saatlarında başı üzərində uçan güllələri başa düşürsüzmü…

Və biz mətbuat olaraq hadisədən sonra niyə erməni mətbuatına şans verməliydik. Onların yaydığı hansısa məntiqsiz bir məlumatı yaymalıydıq? Və yaxud, erməni gənclərinin şərəfsizcəsinə çıxıb “biz müharibə istəmirik” kimi etirazlarını öz mətbu orqanlarımızda manşetlər etməliydik?

Və ən əsası biz, daha doğrusu bu dövlətdən ayda milyonlar alan mətbu orqanlar baş vermiş hadisəni dünya mətbuatına çıxara bildimi? Biz çıxardıq, yoxsa hansısa, erməni, rus, gürcü saytları yaydı?

Dünyanın ən nifuzlu mətbu orqanları olan, Washington Post, CNN, New York Times bu məlumatı ya erməni mətbuatına istinad etdi, ya da rus, türk mətbuatına. Orda nə APA var, Nə Publika.az nə də Paz.az.  Bəs xərclənən milyonlar hara getdi? Hansı gündə gərəksiz bu ölkəyə…? Biləcəridən o tərəfə sizi də tanımırlar, icra hakimiyyətinə gedib 20 manat alan hansisa “Daş” adlı qəzeti də. O zaman niyə günahlandırırıq.

11 şəhid verən bir ordunu niyə müdafiə etməməliyik? Bəli, bəlli oldu ki, Zakir Həsənov belə problemləri həll etmək gücündə deyil.

Bəs biz mətbuat olaraq niyə uduzduq?. Axşam saat 11-də Xəzər Tv “Dolu”, ANS isə “Uzaq Sahillərdə” filmini verir. Bəs hadisədən bir gün əvvəl nə verirdi? Hansısa mənasız bir döyüş filmi. Mütləq bir hadisə olmalıdır? Mütləq 11 şəhid verməliyik? Ayda dövriyyəsində yüzminlər firlanan hansı agentlik bir hərbi hissədə görüşlər keçirir, hansısa kənddə hərbi xidmətə gedən 5 əsgərlə görüşüb bir hərbçi ilə müzakirələr aparıb bunu çəmiyyətə aşılayır?.  Heç biri. Çünki, onlara vətən yox, çılpaq qızların şəkilini yaymaqla qazandıqları İP və nəticədə reklam, pul lazımdır.

Odru təkcə İlham Əliyev və Zakir Həsənovun deyil. Ordu həm də bizimdi.  Zakir Həsənov zatən 1 avqust tarixində olan hadisə ilə uduzmuş nazir kimi tarix yazdı. Amma bu son deyil. Tarix hələ çox yazılacaq.

Bəs biz necə??? Azərbaycan mətbuatı döyüşə hazırdırmı? Məncə yox.

Və sonda.  Facebook-da bir xanım deputat yazır – “Göylər ağlayır”.. Bunlar cəfəng və mənasız şeylərdir. Göylər ağlayır, ağlamır onun 11 şəhidə nə dəxli var. Bəlkə şer yazaq, mahnı bəstələyək? Təsəlli olsun deyə. Faktiki olaraq biz bu oyunu uduzduq. İstər ordu olaraq, isrtər də mətbuat olaraq.  O zaman çəkilin. Oyunu oynaya bilənlər oynasın.

Hələliksə, döyüş davam edir. Rinq bir daha qurulacaq. Bu gün məğlub olana, revanşa hazırlaşan döyüşçüyə dəstək olun. Ən əsası isə özünüz hazırlayın. Bu hamımızın döyüşüdür…

Şərh əlavə edin

Yuxarı Geri Ana Səhifə