Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İtkin neftçinin meyiti tapıldı
İtkin neftçinin meyiti tapıldı
01 Noyabr 2014 / 14:24 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

Əbdülhəsən Hüseynovun meyiti dənizin dibindən çıxarılıb

Neft meydançasında baş vermiş qəza zamanı itkin düşən şəxsin meyiti tapılıb. Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, uçqun nəticəsində itkin düşmüş hesab olunan “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinin qaynaqçısı Hüseynov Əbdülhəsən İslam oğlunun cəsədi noyabrın 1-də 09.00 radələrində ARDNŞ-nin və FHN-nin dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

Qeyd edək ki, “Azneft” İstehsalat Birliyinin N.Nərinmanov adına NQÇİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada oktyabrın 23-də təmir işləri aparılarkən ucqun baş vermişdi. Qəza zamanı xəsarət almış digər şəxslərə Mərkəzi Neftçilər Xəstəxanasında lazımi tibbi yadım göstərilib və hazırda hamısı evə buraxılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə