Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Parabank”ın başı dərddə: Milyonlar çatmır
“Parabank”ın başı dərddə: Milyonlar çatmır
01 Noyabr 2014 / 17:53 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

 Oktyabrın 3-də “Parabank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən bildirilib ki, bankın nizamnamə kapitalı 50 milyon AZN-ə çatdırılıb.

Lakin 2014-cü ilin ikinci rübünə olan maliyyə göstəricilərinə əsasən Bankın məcmu kapitalı 21 mln 662 min olub. 26 avqust tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Parabank” ASC-nin hər birinin nominal dəyəri 200 AZN olan  100 000 ədəd adi səhmlərinin emissiyası qeydiyyata alınmışdı. Emissiya başa çatdıqda bank 20 milyon AZN kapital cəlb etməyə müyəssər olacağı gözlənilirdi. Beləliklə, bu gözləntiləri real saysaq, bankın 41 milyon 662 min manat kapital toplaya bildiyini görərik.

Mərkəzi Bankın 50 milyonluq nizamnamə kapitalı tələbi bir çox banklar kimi də “Parabank”ı ciddi addımlar atmağa sövq edib. Belə ki, bank rəhbərliyi çıxış yolunu qiymətli kağızlarını satmaqda görüb.

Yuxarıda sadalanan 50 milyon manatlıq kapitalın artıq toplanması barədə bankım yaydığı məlumat göründüyü kimi, həqiqəti əks etdirmir. Belə ki, bank emissiyanın həcmi 7,316,600 AZN-ə bərabər nominal dəyəri 200 AZN olan 36583 ədəd qiymətli kağızını satmağa başlayıb.

Bu yolla da bankın xoş günə çıxacağı inandırıcı deyil. Çünki bu hesabla götürsək, bankın 1,021,400 AZN büdcə kəsri qalacaq.

Bakı Fond Birjasında Ticarət ə Üzvlük Qrupunun Rəhbəri Tələt Kalayev Axar.az-a verdiyi açıqlamada bankın 31 dekabra kimi vaxtı olduğunu bildirdi: “Bankın 31 dekabra kimi vaxtı var. O vaxta kimi nizamnamə kapitalı 50 milyon manata çatdırıla bilər. Belə olacağı təqdirdə heç bir problem yaşanmayacaq. Əks təqdirdə isə Milli Bankın səlahiyyətlərinə uyğun olaraq bankım lisenziyası alına bilər, yaxud başqa bankla birləşə bilər”.

Xatırladaq ki, Mərkəzi Bankın qərarı ilə bankların nizamnamə kapitalının minimum həddi 10 milyon manatdan 50 milyon manata manatadək artırılıb. Bu qərar 1 yanvar 2015-ci ildən qüvvəyə minəcək. Yəni bankların bu şərtə əməl etməsi üçün cəmi 2 ay vaxtı var. Mərkəzi Bank bu qərarını kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi istəyi ilə izah edib. Ancaq minimum nizamnamə kapitalının həddinin düz 5 dəfə artımı əksər bankların bağlanmasına səbəb olacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə