Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilərin dağıtdığı evlər bərpa olunur
Ermənilərin dağıtdığı evlər bərpa olunur
03 Noyabr 2014 / 11:07 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Bərpa işləri Orta Qərvənd, Ayaq Qərvənd və Mirəşilli kəndlərində həyata keçirilir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ağdam rayonunun cəbhə xəttində yerləşən kəndlərində dağıdılmış və zərər çəkmiş evlər bərpa edilir. 
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən 2010-2013-cü illərdə rayonun təmas xəttindən 3 kilometr məsafədə yerləşən Orta Qərvənd, Ayaq Qərvənd, Mirəşelli, Əhmədağalı, Zəngişalı və Çıraqlı kəndlərində 175 ev bərpa olunub, 76 ev yenidən tikilib. Cari ildə isə rayonun Sarıcalı, Şükürağalı və Çəmənli kəndlərində 11 ev təmir olunub, 51 ev yenidən tikilib.

Növbəti mərhələdə rayonun təmas xəttində yerləşən digər kəndlərində də müharibə zamanı zərər çəkmiş evlər bərpa ediləcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə