Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Abutalıbovun Bakısı su altinda qaldı- FOTOLAR
Abutalıbovun Bakısı su altinda qaldı- FOTOLAR
03 Noyabr 2014 / 11:39 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4
Ötən gecədən başlayan yağış Bakıda ciddi problemlər yaradıb. “Qafqazinfo” xəbər verir ki, gecə saatlarından başlayaraq paytaxtın, həmçinin Abşeron və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisinin verilişi dayanıb. İşıqların hansı səbəbdən söndürüldüyü açıqlanmayıb. Bu haqda redaksiyaya məlumat verən sakinlər hələ də işıqların yanmadığını bildiriblər.

Bundan başqa, yağış yollarda da problemlər yaradıb. Paytaxtın bir sıra küçələri su ilə dolub və avtomobillərin hərəkəti çətinləşib. Bu da nəticədə uzun tıxacların yaranmasına səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı isə bildirir ki, Bakıda bəzi fərdi yaşayış evlərinə su dolub. Bununla əlaqədar olaraq Nərimanov rayonu ərazisində evdən çıxması çətinləşmiş 5 nəfərə köməklik göstərilib. Eyni hal Binəqədi rayonunda da yaşanıb. Evdən çıxa bilməyən 2 nəfərə müvafiq köməklik göstərilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə