Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nərimanov rayon gəncləri Göyçayda “Nar Bayramı”nda
Nərimanov rayon gəncləri Göyçayda “Nar Bayramı”nda
03 Noyabr 2014 / 13:16 / Baxış sayı: 88
Font1 Font2 Font3 Font4

1 noyabr 2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda yerləşən ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının 35 nəfər fəal üzvü Göyçay rayonunda keçirilən ənənəvi “Nar Bayrami”nda iştirak etmişlər.

Gənclər nar sərgisində rayonun 32 kəndində narçılıqla məşğul olan insanların yetişdirdiyi müxtəlif sort nardan hazırlanan məhsulların dadına baxıb, yerli müəssisələrdə istehsal edilən şirələrin keyfiyyəti ilə maraqlanıblar.

İdmançıların, bədii özfəaliyyət kollektivlərinin çıxışları böyük maraqla izləyiblər. Nərimanov rayon gəncləri bayramdan xoş əhval – ruhiyyə ilə ayrılıblar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə