Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

XİN-dən erməni təxribatı ilə bağlı AÇIQLAMA
XİN-dən erməni təxribatı ilə bağlı AÇIQLAMA
03 Noyabr 2014 / 13:59 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4
Londonda işə başlayan   “World Travel Market” ənənəvi turizm sərgisində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış işğalçı rejimin təmsil olunmasının qarşısının alınması üçün hələ tədbirin başlamasından əvvəl Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı “Reed Exhbitions” şirkəti qarşısında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyi tərəfindən məsələ qaldırılmışdır”.
Bunu jurnalistlərə açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, həmçinin Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri bununla bağlı Böyük Britaniya hökumətinə müraciət ünvanlayıblar: “Reed Exhibitions” şirkəti separatçı rejimin heç bir halda “World Travel Market” turizm sərgisində ayrıca stendlə təmsil olunmayacağını bildirmişdir. Həmçinin, qondarma rejimi təmsil etdiyini iddia edən “Qarabağ Turizm İnkişaf İdarəsi”nin (Karabakh Tourism Development Agency) bu sərgidə iştirakına rəsmən icazə verilməmişdir”.
Onun sözlərinə görə, Azərbaycan səfirliyi tərəfindən Ermənistan Turizm Nazirliyinə aid olan pavilyonda Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin “Karabakh” adı altında təqdim edilməsi məsələsi ilə əlaqədar Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı “Reed Exhbitions” şirkəti ilə iş davam etdirilir.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə