Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda kütləvi dava salanlar tutuldular
Bakıda kütləvi dava salanlar tutuldular
03 Noyabr 2014 / 15:14 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

Bakı şəhər Baş Polis İdarəsi Bakıda baş verən kütləvi dava ilə bağlı məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsi Bakıda baş verən kütləvi dava ilə bağlı məlumat yayıb. İdarəndən verilən məlumatda bildirilir ki, noyabrın 1-də saat 02:40 radələrində, Yasamal rayonu M.Həsənov küçəsində baş vermiş münaqişə zamanı Bakı şəhər sakinləri – Rəsul Süleymanov ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən xəstəxanaya aparılarkən yolda ölüb, Tofiq Mehdiyev kürək nahiyəsinin daxilə nüfuz edən xəsarətlə xəstəxanaya daxil olub.

Münaqişənin digər iştirakçıları Şirvan şəhər sakinləri – Sakit Qasımzadə və qardaşı Səfər Qasımzadə əl nahiyələrinin kəsilmiş xəsarətləri ilə Travmatologiya İnstitutuna daxil olublar.

Yasamal rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Narkotiklə Mübarizə Bölməsi və 29-cu Polis Bölməsinin keçirdiyi əməliyyat –axtarış tədbirləri nəticəsində, hadisənin törədilməsində şübhəli bilinən Elvin Əhmədli saxlanılıb. Əməliyyat tədbirləri nəticəsində R.Suleymanovu qətlə yetirən, T.Mehdiyevə xəsarət yetirən Bakı şəhər sakini Sənan Zeynalov da müəyyən olunaraq tutulub. Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə