Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncədə polislə dindarlar arasında QARŞIDURMA
Gəncədə polislə dindarlar arasında QARŞIDURMA
03 Noyabr 2014 / 15:48 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4
Gəncə şəhərində Şah Abbas cümə məscidində qarşıdurma baş verib. Qarşıdurma məscidə toplaşan dindarların  Aşura mərasimi ilə bağlı imam Hüseyn məclisi keçiriməsi zamanı olub. 
arxiv.bizimxeber.az Musavat.com-a istinadən bildirir ki, inanclı kəsimin nümayəndələri Şah Abbas cümə məscidinin həyətində toplaşaraq əzadarlıq (sinə vurmaq – red) edərkən, polis qüvvələri məscidə gələrək, camaatdan məscidin həyətini boşaltmalarını və hər kəsin məscidin içinə girmələrini istəyiblər.
Bu zaman camaatla polis qüvvələri arasında qısa müddətli münaqişə baş verib. Sakinlərin musavat.com-a verdiyi məlumata görə, Gəncə şəhərində son zamanlarda dindarlara qarşı təzyiqlər edilir: “Son bir neçə ildə məscidlərə, dindarlara nəzarət artıb. Məscidlərə müəyyən qadağalar qoyulur. Bir neçə il bundan öncəyə qədər polislərin müşayəti altında Aşura günü ilə bağlı tasua yürüşü edilirdi. İndi ona da qadağa qoyulub”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə