Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sarkisyanın son həftəsi
Sarkisyanın son həftəsi
03 Noyabr 2014 / 16:46 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Erməni politoloqlar ölkələrinin prezidentinə 2 həftə vaxt verilib

Noyabrın 17-də Ermənistan parlamentində bu ölkənin Avrasiya İttifaqına qoşulması ilə bağlı sənəd imzalanacaq. Bu tarix bir sıra erməni şərhçiləri tərəfindən Sarkisyanın hakimiyyətdən gedəcəyi gün kimi dəyərləndirilib.  

Belə fikirdə olan politoloqlardan biri Haykazn Qaqriyanın fikrincə, bu, parlamentdə sözügedən sənətin təsdiq edilməməsi ilə bağlı ola bilər. “Artıq yalnız ekspert səviyyəsində deyil, həm də rəsmi səviyyədə bildirirlər ki, Avrasiya İttifaqına daxil olmaq Ermənistan üçün fəlakətli nəticələr verəcək”, – deyə politoloq sənədin parlamentdən keçməyəcəyini ehtimal edir.

Onun fikrincə, sənəd qəbul edilməsə ölkədə daxili siyasi hadisələrin inkişafı növbədənkənar seçkilərə səbəb ola bilər. “Əgər parlamentin doğrudan da ağlı başındadırsa, o, bu sənədin təsdiqini təxirə salmalıdır. Əks halda, o, tarixə Ermənistanın dövlitçiliyini satmış milli məclis kimi düşəcək”,- deyə Haykazn Qaqriyan vurğulayıb.

Bzimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə