Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda növbəti doğuş FACİƏSİ
Azərbaycanda növbəti doğuş FACİƏSİ
04 Noyabr 2014 / 12:09 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Azərbaycanda doğuş zamanı ana ölümü qeydə alınıb. Hadisə ötən gün Quba Regional Perinatal Mərkəzində baş verib. Doğuş zamanı dünyasını dəyişən şəxs Qusar rayon sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərinşah Dəmir qızıdır.

Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev APA-ya bildirib ki, doğuşdan sonra xəstədə qanaxma yaranıb və qadının üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Əməliyyatdan 16 saat sonra Z. Aslanovanın vəziyyəti yenidən pisləşib və onu xilas etmək mümkün olmayıb. Baş həkimin sözlərinə görə, dünyaya gələn oğlan uşağı tam sağlamdır, həyatı üçün heç bir təhlükə yoxdur. İ.Mirzəliyev onu da deyib ki, bu, mərhumun 3-cü doğuşu olub. Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə