Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasını toplayır
Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasını toplayır
04 Noyabr 2014 / 12:24 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Bu gün prezident Petro Poroşenkonun təşəbbüsü ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısı keçiriləcək. P. Poroşenko noyabrın 3-də axşam xalqa müraciətində Donbassın ayrı-ayrı rayonlarının xüsusi statusu haqqında qanunun ləğvi barədə məsələ qaldıracağını bəyan edib.

Dövlət başçı bildirib ki, problemin həllində sülh yolu prioritet olsa da, yığıncaqda Ukraynanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi müzakirə olunacaq: “Hadisələrin bizim istəyimizə zidd şəkildə cərəyan etməsi ehtimalını nəzərə alaraq biz təhlükəsizliyimizi intensiv şəkildə möhkəmləndirməyə davam edəcəyik”.

Prezident Donbassın separatçıların nəzarətində olan hissəsinə xüsusi status verilməsi haqqında oktyabrın 18-də qüvvəyə minən qanunun ləğvi məsələsini qaldıracağını da açıqlayıb.

Xatırladaq ki, separatçılar noyabrın 2-də nəzarət etdikləri ərazilərdə “seçki” keçiriblər. Bu addım Ukraynanın, eləcə də ABŞ və Avropa Birliyinin kəskin etirazına səbəb olub. Rusiya isə separatçıların addımını dəstəkləyib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə