Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda “Feysbuk” bumu: 23,3 faiz artım var
Azərbaycanda “Feysbuk” bumu: 23,3 faiz artım var
04 Noyabr 2014 / 12:25 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Global Stats” statistika mərkəzinə istinadla xəbər yayıb ki, son bir ildə Azərbaycanda “Feysbuk” sosial şəbəkəsinin istifadəçilərinin sayı kəskin artsa da, “Yutub” və “Tvitter” sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.

“Media forum” saytının məlumatına görə, hesabatda bildirilir ki, Azərbaycanda “Feysbuk” sosial şəbəkəsinin payı 23,3 faiz artaraq sosial media bazarının 89,73 faizini təşkil edib. İstifadəçi marağına görə ikinci yeri 2,9 faiz bazar payı ilə “Yutub” sosial şəbəkəsi tutub. Üçüncü yerdə 2,24 faiz bazar payı ilə “Tvitter” sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur.

“Odnoklassniki” şəbəkəsinin Azərbaycanda bazar payı 1 faizdən aşağı düşüb, halbuki ötən ilin müvafiq dövründə bu rəqəm 5,11 faiz təşkil edirdi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə