Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türklər Aşura günündə erməniyə mükafat verir
Türklər Aşura günündə erməniyə mükafat verir
04 Noyabr 2014 / 12:31 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Erməni mənşəli fransız musiqiçi Şarl Aznavur Türkiyənin “Qızıl çinar” mükafatına layiq görülüb.

Virtualaz.org bildirir ki, bu barədə erməni saytı news.am məlumat yayıb. Məlumata görə, İzmir şəhər sakinlərinin təsis etdikləri mükafatı ona Türkiyənin Fransadakı səfiri təqdim edib. Amma bununla bağlı rəsmi mərasim bu gün-noyabrın 4-də İstanbulda keçiriləcək.

Şarl Aznavur Türkiyənin “Posta” qəzetinə verdiyi müsahibədə bildirib ki, əgər əslən İzmitdən olan anası sağ olsaydı, sakini olduğu şəhərin vətəndaşlarının oğlunu bu cür mükafata layiq görmələrinə sevinərdi.

Virtualaz.org xatırladır ki, Şarl Aznavurun 90 yaşı var. O, Parisdə doğulub. Dünyada XX əsr estrada mahnılarının ən yaxşı ifaçısı tituluna layiq görülüb. Ş.Aznavur həm də diplomatdır. O, 2009-cu ildən Ermənistanın İsveçrədə səfiri və BMT-də daimi nümayəndəsidir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə