Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ARDNŞ: “Mübahisəli ərazilərdə işləmirik”
ARDNŞ: “Mübahisəli ərazilərdə işləmirik”
04 Noyabr 2014 / 12:35 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

“Azərbaycan Dövlət Neft Şirkəti Türkiyə tərəfi ilə Kiprin Aralıq dənizi sahillərində qaz yataqlarının kəşfiyyat işlərinin aparılması üçün heç bir anlaşma imzalamayıb”. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) bildirilib.

Məlumatda qeyd olunub ki, şirkətin bununla bağlı heç bir anlaşması yoxdur: “ARDNŞ həmin mübahisəli ərazilərdə heç vaxt işləməyib və işləməyəcək”.

Qeyd edək ki, Yunanıstanın “Simerini” qəzeti Türkiyənin ARDNŞ-lə Kiprin Aralıq dənizi sahillərində qaz yataqlarının kəşfiyyat işlərinin aparılması üçün anlaşma imzalaması barədə xəbər yayıb.

Qəzet iddia edib ki, ARDNŞ mübahisəli dəniz ərazilərində gələn ilin fevral ayından etibarən qaz yataqlarında kəşfiyyat işlərinin aparılmasına başlayacaq. Hətta bununla bağlı Aralıq dənizi sahillərində Türkiyənin “Türkiyə Petrol Ofisi” (TPAO) şirkəti ARDNŞ-in quraşdıracağı iki kəşfiyyat platformasını kirayələmək niyyətindədir.

Bİzimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə