Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şeyx Kəlbəcər girovlarından danışdı: “Əlimizdən gələni edəcəyik”
Şeyx Kəlbəcər girovlarından danışdı: “Əlimizdən gələni edəcəyik”
04 Noyabr 2014 / 12:49 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4
“Rusiyanın patriarxı Kiril ilə görüşümüz olub və girovların qaytarılmasını onunla da müzakirə etmişik”
 Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülüslam Hacıallahşükür Paşazadə Kəlbəcərdə ermənilər tərəfində girov götürülmüş azərbaycanlılarla bağlı məsələyə münasibət bildirib.
arxiv.bizimxeber.az-ın  məlumatına görə, Şeyx bildirib ki, məsələyə ən düzgün qiyməti hüquq-mühafizə orqanları verə bilər: “Mənim işim, kimdənsə xahiş etmək və ya kiminsə xahişini qəbul etmək ola bilər. Rusiyanın patriarxı Kiril ilə görüşümüz olub və girovların qaytarılmasını onunla da müzakirə etmişik.
Ola bilsin ki, Ermənistanın dini lideri İkinci Qaragenlə görüşümüz təşkil olunsun və orada müzakirə olunacaq birinci məsələ girovlularla bağlı olacaq. İmkan daxilində biz də əlimizdən gələni edəcəyik. Hüquqi baxımdan isə dövlət öz vətəndaşını qorumalıdır və əlbəttə ki, qoruyacaq. Biz də bu məsələdə dövlətin yanındayıq. Dövlət nəyi məsləhət bilsə, imkan daxilində kömək edəcəyik”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə