Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Çeçenlər erməni səmasını alır
Çeçenlər erməni səmasını alır
04 Noyabr 2014 / 12:51 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Ermənistanın statusu tanınmamış ölkələrlə eyni tutulur

Rusiyanın “Qroznıy-avia” şirkəti Anapa-Erevan-Kazan reysi ilə sərnişin daşımaları həyaita keçirmək üçün ərizə verib. Bu, çeçen şirkətinin Ermənistana həyata keçirmək istədiyi ikinci reysdir. Daha öncə, Ermənistan mülki aviasiya idarəsi “Qroznıy-avia” şirkətinə Simferopol – İrəvan reysi ilə daşımalar həyata keçirməyə icazə vermişdi. Noyabr ayında çeçen təyyarələri marşrut üzrə ilk reysini həyata keçirəcək. 

Ermənistanın milli aviasiya şirkətinin iflasa uğradığı bir zamanda “Qroznıy-avia”nın bu addımı erməni mətbuatı tərəfindən çeçenlərin Ermənistan səmasını ələ keçirməsi kimi dəyərləndirilib. Çeçenlərin bu addımının Rusiya rəhbərliyinin xeyir-duası ilə gerçəkləşdirildiyini vurğulayan erməni mətbuatı bununla da Ermənistanın statusunun hətta Çeçenistanın statusundan da aşağı olduğunu vurğulayır.

Daha öncə bu barədə məlumat verən “Lragir” analitika portalı Ermənistanın statusunun Abxaziya və Krım kimi tanınmamış ölkələrlə eyni tutulduğunu vurğulamışdı.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə