Qusar sakinləri 36 yaşlı ananın icazəsiz əməliyyat edildiyini deyr
Z.Aslanova Qusar rayonunun Filoba kənd sakini olub. Onun 15 yaşlı qızı, 17 yaşlı oğlu olub. Noyabrın 2-də axşam saatlarında isə o 3-cü övladını dünyaya gətirib. Ailə qadının ölümündə həkimləri günahlandırır. Belə ki, onların sözlərinə görə, doğuş normal keşib. Lakin onlara xəstəni görməyə icazə verilməyib. Ötən gün onlar yenidən xəstəxanaya getsələrdə Z.Aslanovanı görə bilməyiblər. Ailə üzvləri evə qayıdanda onlara xəstəxanadan zəng edərək xəstənin vəziyyətinin pisləşdiyi deyilib. İddialara görə, qadın ailənin icazəsi olmdan əməliyyat edilib və uşaqlığı çıxarılıb.