Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıdakı məşhur klinika bağlandı
Bakıdakı məşhur klinika bağlandı
04 Noyabr 2014 / 15:44 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 1B-də fəaliyyət göstərən “Dobromed” klinikası bağlanıb. Bu barədə virtualaz.org saytına klinikadan məlumat veriblər.

Xəbərdə deyilir ki, klinika profilaktika məqsədilə fəaliyyətini bir həftəliyə dayandırıb: “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi cari yoxlama aparıb. Buna görə də noyabrın 5-dən fəaliyyətimizi dayandıracağıq. Yəqin ki, bir həftədən sonra yenidən işləyəcəyik”. Klinikadan lisenziyanın geri alınması ilə bağlı məlumatları təkzib ediblər.

Səhiyyə Nazirliyi isə klinikada yoxlama aparıldığını və nöqsanlar aşkarlandığını təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli virtualaz.org saytına bildirib ki, klinikanın lisenziyası geri alınıb: “Nöqsanların aradan qaldırılması üçün vaxt verilib, bundan sonra lisenziya üçün təkrar müraciət edəcəklər”. Qeyd edək ki, “Dobromed” klinikası 2012-ci ildə yaradılıb. Xəstəxanada ambulator və stasionar xidmət göstərilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə