Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qubad İbadoğlu hökumətə çağırış etdi
Qubad İbadoğlu hökumətə çağırış etdi
04 Noyabr 2014 / 15:44 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

“Son 3 ayda brent markalı xam neftin bir barreli 24 faiz və ya 83 dollaradək ucuzlaşıb. Hesablamalar göstərir ki, neftin qiymətinin 110 dollardan 84 dollaradək ucuzlaşmasından Azərbaycan gündə 10 milyon dollar, ayda 300 milyon dollar, ildə 3,6 milyard dollar vəsait itirir”. Bunu “Media forum” saytına iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Ekspert bildirib ki, Azərbaycan neftinin 1 dollar ucuzlaşması il ərzində 138 milyon dollar vəsaitin itirilməsi deməkdir: “Əgər ucuzlaşma 60 dollaradək davam edərsə o halda itkilər gündə 18,5 milyon dollaradək, ayda 550 milyon dollaradək və ildə 6 milyard 600 milyon dollaradək arta bilər.

Bu halda büdcədə gərginlik yaranacaq, investisiya büdcəsində ixtisarlar gedəcək, pensiya və maaşlarda isə hətta cüzi artımlar belə olmayacaq. Odur ki, hökuməti bu tendensiyanı nəzərə almaqla növbəti dövr üçün müxtəlif ssenarilərlə strategiyalar hazırlamağa çağırıram”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə