Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eldar Namazov erməni ilə birgə bəyanat verdi
Eldar Namazov erməni ilə birgə bəyanat verdi
04 Noyabr 2014 / 16:09 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4
“Azərbaycan Naminə” İctimai Forumun rəhbəri Eldar Namazov Finlandiyada Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan ilə birgə bəyanat yayıb. Onların hər iki ölkə rəhbərliyinə müraciətini Azərbaycan və Ermənistanın bir qrup vətəndaş cəmiyyəti nümayəndələri də imzalayıb.
arxiv.bizimxeber.az Musavat.com-a istinadən bildirir ki, müraciətdə onlar iki ölkənin vətəndaş cəmiyyətlərini, bütün siyasi və ictimai qüvvələri sülh prosesinin fəal iştirakçıları olmağa, zəruri güzəştlərin axtarışına başlamağa, maksimalist tələblərdən imtina etməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində öz məsuliyyətlərini dərk etməyə çağırırlar.
Sənəd müəllifləri münaqişə tərəflərinun siyasi rəhbərlərinə tənzimlənmə prinsiplərinin ayrı-ayrı müddəalarının müxtəlif şəkildə şərh edilməsinə və bir sıra məsələlər üzrə fikir ayrılıqlarının mövcudluğuna baxmayaraq, təxirəsalmadan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin 7 may 2014-cü il tarixli təşəbbüsü və ATƏT-in Minsk Qrupu həmsədrlərinin 12 may 2014-cü il tarixli bəyanatı əsasında Dağlıq Qarabağ nizamlanmasında Sülh Sazişinin işlənib hazırlanmasına başlamağa çağırıblar.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə