Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Başçı olmaq üçün 600 min verən şəxs 50 yumurtanın pulunu verməyib
Başçı olmaq üçün 600 min verən şəxs 50 yumurtanın pulunu verməyib
04 Noyabr 2014 / 17:25 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin işi ilə bağlı qalmaqallı məhkəmə prosesi keçirilib.

Bizimxeberşaz İnterpress.az -a istinadən xəbər verir ki, Həsən Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Hazırda keçmiş hakim həbs olunmasa da, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Həsən Əliyevə verilən ittihama görə, o, Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu təyinat üçün Ramazan Səlimovdan 1 milyon dollar istənilib. Pulun böyük hissəsi əvvəlcədən verilib. Həsən Əliyev 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla, ondan iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir. Lakin Həsən Əliyev vədini yerinə yetirməyib. Ramazan Səlimov aldanıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına üz tutub.


Təqsirləndirilən tərəfin vəkili Sadıq Rəsulov İnterpress.az-a bildirib ki, son məhkəmə prosesində R.Səlimovdan Həsən Əlyevə vəzifəyə təyin olunması üçün verdiyini iddia etdiyi 600 min manatın mənbəyi soruşulub: “ Ramazan Səlimov Mərdəkanda bağı evinin olduğunu və onu satdığını bildirib. Özünün dediyinə görə, bağın sahəsi 29 sot olub, içində isə iki ev olub. Ramazan Səlimov istintaqa ifadəsində bağın 1 milyon manatdan da artıq qiymətə satıldığını bildirib. Ancaq bagin alıcısı Nərminə Quliyeva məhkəməyə ərizəsində bildirib ki, bağın ərazisi 29 sot yox, 7,5 sot olub. Bundan başqa bağı Ramazan Səlimovun iddia etdiyi kimi 1 milyona yox, 40 min dollara alıb”.
N.Məmmədovanın məhkəməyə ərizəsində göstərilib ki, aldığı evi ancaq 2 il sonra, polisə şikayət etdikdən sonra təhvil götürə bilib. Alıcı ərizədə bildirib ki, gedərkən R.Səlimov evdə ona məxsus olan əşyaları, hətta unitazı da aparıb. Bundan başqa evi təhvil verməzdən əvvəl qonsuya evdə mərasim keçiriləcəyini, buna görə də stola ehtiyac olduğunu bildirərək onlardan aldığı stolları da aparıb. Başqa bir qonşu isə R.Səlimvun ondan aldığı 50 yumurtanın pulunu vermədiyini bildirib. 

Məhkəmə noyabrın 17-də davam edəcək. 

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə