Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Şirvan OİL”da şirkət rəhbərliyinə kimlər kələk gəlib?
“Şirvan OİL”da şirkət rəhbərliyinə kimlər kələk gəlib?
05 Noyabr 2014 / 11:09 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

“Şirvan OİL” Neft Şirkətinin nəqliyyat sexində bu yaxınlarda yoxlama aparılanda işçilərin əksəriyyəti adıçəkilən şirkətdə haqq-ədalətin öz yerini tutacağını gözləyirdi. Lakin gözlənilənlər olmadı”.

Bu sözləri sözügedən şirkətin əməkdaşı bildirib. Onun sözlərinə görə, yoxlama şirkətin nəqliyyat sexi üçün ayrılmış xeyli miqdarda borunun oğurlanması ilə bağlı olub:

“Oğurluq hadisəsi ilə bağlı bir sıra saytlarda məlumat yayıldıqdan sonra Baş İdarədən – “Qlobal”dan məsələni araşdırmağa göstəriş verildi. Amma gözləntilərin əksinə oldu. Yoxlama obyektiv aparılmadı. Bəlli oldu ki, 50 metr boru əksikdir. (Əslində oğurlanan boru qat-qat daha çoxdur-red)  Bunu isə onunla izah etdilər ki, guya anbardan boru veriləndə qeyri-standart olub və bu səbəbdən də 50 metr boru çatışmır. Bu haqda ölkənin bəzi xəbər saytlarında yerləşdirilən materiallardan sonra “yuxarıya” da məsələni bu cür izah etdilər. Yəni yalan izahat verməklə, rəhbərliyi aldatdılar. Halbuki məlumatlarda boruları nəqliyyat sexinin menecer müavini olan Elçin Maqsudlunun nəqliyyat istismar şöbəsinin rəisi Rafael Əliyevə satdığı, sonuncunun isə həmin boruları həyətində düzəltdirdiyi istixanaların abadlaşdırılmasına istifadə etdiyi qeyd olunurdu.

 

Amma bu nüans sonadək araşdırılmadı. Səbəbi isə Elçin Maqsudlunun Baş İdarədə təchizat üzrə menecer olan dayısı oğlu Elşad Məmmədhəsənovun yoxlamanın obyektiv aparılmasına mane olmasıdır. Elə bibisi oğluna güvənərək Elçin Maqsudlu da şirkətdə “atını köndələn çapır”. O, heç kimi saymır, işçilərlə sanki qul kimi davranır, onlara qarşı təhqirlərə yol verir, hüquqlarını tapdalayır. Ona qarşı çıxanları isə dayısı oğlu vasitəsilə işdən qovduracağı ilə hədələyir.

 

İş o həddə çatıb ki, E.Maqsudlu E.Məmmədhəsənova görə özünü şirkətdə prezident hesab edir. Çünki prezidentin səlahiyyətlərini mənimsəyərək heç bir əmr olmadan mexanikləri 4 nəfərlik qrafikdən 3 nəfərlik qrafikə keçirib. Onları da məcbur edir ki, onun tərtib etdiyi qrafiklə işləsinlər. İşdən çıxarılmaq qorxusu ilə üzləşən mexaniklər bu səbəbdən səslərini çıxara bilmirlər. Çünki səslərini çıxaranlara qarşı anındaca tədbir görülür və cəzalandırılır. Formallıqlardan istifadə edərək şirkətin hüquqşünasının vasitəsi ilə işçilərə töhmət yazdıraraq, maaşlarını belə kəsdirir. Bir sözlə, o, işçiləri müxtəlif alçaldıcı vasitələrlə təzyiq altında saxlamağa çalışır”.

 

Şirkət əməkdaşının sözlərinə görə, nəqliyyat sexində yeni ehtiyat hissələrinin əvəzinə köhnələrin alınıb qoyulması halları da var: “Bu məsələdə Maqsudlunun əsas yardımçısı isə  nəqliyyat sexinin böyük mühəndisi Mansur İmamverdiyevdir. Əgər obyektiv araşdırma aparılsa, onlar birgə xeyli maxinasiyalara imza atdığı  üzə çıxar”.

 

İddiaya görə, E.Maqsudlu şirkətin balansında olan texnikaların hansısa detalı və ya ehtiyat hissəsi sınanda onu sürücülərin hesabına aldıraraq təmir etdirir:

 

“Şirkətdən isə təmir adı ilə vəsaiti alaraq mənimsəyir. Hətta bu məsələnin üstündə bu yaxınlarda menecer müavini ilə sürücü arasında baş verən qalmaqalı da işçilər yaxşı xatırlayır. Belə ki, Elvin Qasımov adlı bir sürücünün idarə etdiyi H 022  306 nömrə nişanlı texnika xarab olduğundan  E.Maqsudlu onu ehtiyat hissəni almağa məcbur edib. Buna görə aralarında söz-söhbət olub və məsələ əlbəyaxa döyüş  həddinə çatıb.  İşçilər araya girməsəymiş, bəlkə də hadisə xoşagəlməz sonluqla bitə bilərmiş. Amma E.Qasımovun etirazına baxmayaraq E.Maqsudlu və Mansur İmamverdiyev sürücünü ehtiyat hissəni almağa məcbur edirlər. Sürücü əlacsız qalıb 180 manata ehtiyat hissəni alır və texnikanı təmir etdirir. Bundan əlavə, “LPT” markalı zəncirli traktorun xarab olmuş mühərriki də da məhz bu cütlüyün təzyiqi ilə sürücülərə təmir etdirilib. Hələ bu azmış kimi təmir olunmuş mühərrikin bəzi detalları 18 T 073 nömrəli texnikanın mühərriklərinə yığılıb. Məsələyə etiraz edən “LPT” traktorunun sürücüləri isə cütlüyün güclü təzyiqləri ilə üzləşib. Əlacsız qalan sürücülər “yuxarıya” şikayət etməkdən vaz keçiblər. Hesab ediblər ki, Elşad Məmmədhəsənov heç kimə bibisi oğlunun “gözü üstə qaşı var” deməyə imkan verməz.

Bir sözlə, “Şirvan Oil” də baş verən maxinasiyalar təkcə bununla bitmir.

Yazıda adları çəkilənlərin hər birinin rəsmi mövqeyini əks etdirməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə