Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda 12 nəfər ölüm ağuşunda
Bakıda 12 nəfər ölüm ağuşunda
05 Noyabr 2014 / 11:10 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Paytaxtda dəm qazından zəhərlənənlərin sayı durmadan artır

Havaların soyuması ilə əlaqədar dəm qazı xofu yenidən artmaqda davam edir. Ötən gün ərzində Bakıda dəm qazından 12 nəfər zəhərlənib. Zəhərlənmə faktları paytaxtın müxtəlif ərazilərində qeydə alınıb. Dəm qazından zəhərlənənlərin əksəriyyəti azyaşlıdır. Zəhərlənənlər xəstəxanalara yerləşdirilib. Onlardan üçünün vəziyyəti daha ağırdır. Hadisələrin əksəriyyəti paytaxtdakı həyət evlərində qeydə alınıb.
Qeyd edək ki, oktyabr ayından havaların soyuq keçməsi səbəbindən başlayaraq paytaxtda dəm qazından zəhərlənənlərin sayında artım müşahidə olunub. Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, hər il qış mövsümünün gəlişilə bağlı qurum tərəfindən müxtəlif maarifləndirmə işləri aparılır. Əhaliyə “mavi yanacaq”dan istifadə ilə bağlı yaddaş kitabçaları paylanır. İctimai yerlərdə plakat şəklində maarifləndirici məlumatlar vurulur. Kütləvi informasiya vasitələrində maarifləndirici reklamlar yayimlanır. Bundan əlavə, nazirliyin əməkdaşları mənzillərdə yoxlamalar həyata keçirirlər.

Bundan başqa sobaların tüstü borularının bayıra çıxışı yoxlanılır. Suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olması yoxlanılır. Soba ilə qızdırıcı sistemlərdə texniki baxışdan keçirilir. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar olarsa, dərhal onun aradan qladırılması istiqamətində tədbirlər görülür.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə