Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı polisi kartof satır? (VİDEO)
Bakı polisi kartof satır? (VİDEO)
05 Noyabr 2014 / 11:21 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

Şikayətçilər: “Polis küçə ticarəti ilə mübarizə adı altında kasıb adamların malını mənimsəyir”

Növbətçi Bakının Maştağa sakinləri polis əıməkdaşının vətəndaşların məhsullarını əlindən alaraq satdığı barədə şikayət ediblər. ANS PRESS-in məlumatına görə, bu barədə aznews.az saytı yazıb.

Bildirilib ki, əlacsızlıqdan yol kənarında öz təsərrüfatlarında becərdikləri meyvə-tərəvəzlərini satarkən polislər onlara hücum çəkərək, mallarını müsadirə edirlər. Şikayət məktubunun maraqlı hissəsi, həmin məhsulların bir qədər kənarda elə polislər tərəfindən satışa çıxarılması barədə qeyd olunanlardır.

Bununla bağlı maraqlı görüntülər yayılıb. İddia olunur ki, polis əməkdaşı avtomobilinin yük yerinə qoyulan kisələrdən kartof və heyvanı paketlərə yığaraq, yaxınlıqdakı mağazaya və başqa şəxslərə satır.

Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər Baş Polis İdarəsinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə araşdırma aparılır. Rəisin sözlərinə görə, səslənən iddialar barədə hələlik heç bir sübut yoxdur.

“Düzü mən inanmıram ki, polis əməkdaşı belə şey etsin. Bu hələlik təsdiqini tapmayıb. Görüntülərdə bilinmir ki, polis məhsul satır, yaxud onlara baxır. Bəlkə polis əməkdaşı yoxlama aparır. Düşünürəm ki, bu həqiqətə uyğun olmayan informasiyadır”, – deyə Qalib Rəhimov bildirib.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə