Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Doğuşda ölümə görə cinayət işi
Doğuşda ölümə görə cinayət işi
05 Noyabr 2014 / 12:22 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

İş “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə açılıb

Ananın doğuşdan sonra vəfat etməsilə əlaqədar cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, noyabrın 3-də Qusar rayonunun Hil-oba kənd sakini, 1978-ci il təvəllüdlü Zərnişan Dəmir qızı Aslanovanın Quba rayon Perinatal Mərkəzində doğuşdan sonra vəfat etməsilə əlaqədar Quba rayon prokurorluğunda müvafiq araşdırmalar aparılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, Z.Aslanova oktyabrın 23-də “39 həftəlik hamiləlik, baş gəlişi yalançı doğuş sancısı” diaqnozu ilə Perinatal Mərkəzə daxil olmuş və noyabrın 2-də saat 23:20-də oğlan uşağı dünyaya gətirib. Həmin gün saat 23:35-də baş vermiş qanaxma ilə əlaqədar əməliyyat edilib, lakin göstərilən tibbi yardımlara baxmayaraq ertəsi gün saat 15:50-də vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.  Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə