Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İŞİD-ın qadınlara qoyduğu qiymət bəlli oldu
İŞİD-ın qadınlara qoyduğu qiymət bəlli oldu
05 Noyabr 2014 / 12:34 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Qadının yaşı artdıqca qiymət düşür

İŞİD terrorçu təşkilatının üzvlərinin girov götürdüyü qadınlara qoyduğu qiymət üzə çıxıb. ANS PRESS-in məlumatına görə, döyüşçülər yezidi və xristian qadınlara üçün yaşa görə qiymət təyin ediblər. “Russia Today”ın İraq mediyasına istinadla verdiyi məlumata görə, tutulan qadınlar qul kimi satılır.

Belə ki, terrorçular 40-50 yaş arası qadınları daha ucuz satırlar. Onlara təyin edilən qiymət 43 dollardır. 20-30 yaş arası qadınlar 86 dollara satılır. Qadınlar gəncləşdikcə qiymət də artır. Ən “bahalı hərəmlər” 10-20 və 9-6 yaş arası olanlardır. Belə ki, bu qruplara daxil olanlar müvafiq olaraq 129 və 172 dollara satılır.

Xəbərdə qeyd edilir ki, qadınların qiyməti ər gün düşür. Məlumata görə, bir nəfərin ən çoxu 3 qadın almaq haqqı var. Qeyd edək ki, bir necə gün öncə İŞİD militanlarının yezidi qadınları alıb-satmasına dair video yayılmışdı. Bu videoda İŞİD terrorçuları qadın ticarəti edərkən bir-biri ilə zarafatlaşdıqları və güldükləri əks edilmişdi.
Onlar qadınların müxtəlif səbəblərlə alındığını deyib. “Kimi onları hədiyyə, kimi isə satmaq üçün alır. Hamı köləsinə istədiyini etməkdə azaddır”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə