Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nizaməddin Quliyevin oğlunu və “pul kisəsi”ni qorumaq planı – ŞOK İDDİA
Nizaməddin Quliyevin oğlunu və “pul kisəsi”ni qorumaq planı – ŞOK İDDİA
05 Noyabr 2014 / 13:10 / Baxış sayı: 66
Font1 Font2 Font3 Font4

Sahibkar Müqayis Verdiyevin üzünə adam durğuzmaq üçün Goranboyun icra başçısı rayonda «şahid» axtarışına başlayıb

Uzun illər dost olmuş, lakin sonradan münasibətləri korlanan Goranboyun icra başçısı Nizaməddin Quliyevlə iş adamı Müqayis Verdiyev arasında yaşanan qalmaqal daha da böyüməyə başlayıb. Ötən ilin martında həbs olunan sahibkar M.Verdiyev istintaqdan sonra başlayan məhkəmə prosesində onu həbs etdirən icra başçısının bütün niyyətlərini açmağa başlayıb.

Vəziyyət o həddə çatıb ki, məhkəmədə və istintaqda ifadə verən və Nizaməddin Quliyevin «sağ əli» və «pul kisəsi» kimi tanınan «Fəqan Xidmət» MMC-nin rəhbəri Fəyyaz Məmmədovun bütün dediklərinin yalanı çıxıb. Məlum olub ki, Məmmədov ümumiyyətlə, iş adamını tanımayıb və onunla əlaqəsi olmayıb. Hətta bunu «Azercell» tərəfindən göndərilən sorğuya verilmiş cavab da birmənalı olaraq təsdiqləyib.

Arqument.az-ın araşdırmasına görə, bundan sonra vəziyyət daha da pisləşib. Çünki istintaq və məhkəməyə yalan ifadə verən Fəyyaz Məmmədovun özünün həbsi məsələsi ortaya çıxıb. Problemin böyüdüyünü və «pul kisəsi»nin yenidən həbsə girəcəyini (F.Məmmədov bir dəfə dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq 9 il həbsdə yatıb-red.) görən Nizaməddin Quliyev təcili «önləyici» tədbirlər görməyə başlayıb. Goranboyun icra başçısı həmçinin «Fəqan Xidmət» MMC-nin qeyri-rəsmi rəhbəri olan oğlu Ramal Quliyevin də başının bəlaya girəcəyini bildiyindən başqa çıxış yolu tapmayıb.

Məlumatlarda deyilir ki, artıq iki gündür icra başçısının oğlu Ramal Quliyev və birinci müavini Baxış Abdullayev Goranboydakı bütün tikinti materialları satan dükanların sahiblərini çağıraraq, onlardan Müqayis Verdiyevin əleyhinə imza və ərizə toplamağa başlayıblar. Həmin ərizələrdə isə yazdırılır ki, guya, rayonda aparılan abadlıq və quruculuq işlərində tikinti məsələlərini həyata keçirən sahibkar onlardan mal və material alıb və pulunu ödəməyib. Bundan bəzi dükan sahibləri boyun qaçırsa da, bəziləri təhdid qarşısında qalaraq, razılaşmalı olublar.

Aldığımız məlumatlarda o da vurğulanır ki, Baxış Abdullayev bu prosesi tez bir zamanda yekunlaşdıraraq, Gəncə Ağır Cinayətlərə Dair Məhkəməsinə təsir etməyə çalışır. Fəyyaz Məmmədovu və Ramal Quliyevi xilas etmək üçün düşünülmüş planın işə hansı həddə yarayacağı isə hələlik məlum deyil.

Bu əsnada Arqument.az-ın Müqayis Verdiyevə ünvanladığı suallara da cavab gəlib. Hazırda həbsdə olan sahibkar vəkili Fuad İsgəndərov vasitəsi ilə suallara cavab olaraq bildirib ki, o, haqsız yerə həbs olunub və Nizaməddin Quliyev öz əməllərini gizlətmək üçün onu güdaza verməyə çalışır: «Mənim Nizaməddin Quliyevlə dostluq münasibətlərim xeyli əvvəldən vardı. Vaxt var idi ki, o, mənim maşınımın qapısını açırdı. Sonradan rayonda aparılan abadlıq və quruculuq işləri üçün ayrılmış pulları mənimsədi və bütün günahı da mənim üzərimə yıxmağa çalışdı. Bu gün məhkəmədə onun bütün yalanlarının üstü açılır».

Verdiyev vəkili vasitəsi ilə onu da bildirib ki, etdiyi xəyanətlərə rəğmən, bəlkə də, Nizaməddin Quliyevin günahından keçə bilərdi. Lakin onun anasının rəhmətə getdiyi gün həbs edirməsi həmin şansları sıfra endirib: «Mən anam rəhmətə gedən gün həbs olundum. Özü də Nizaməddin Quliyevin sifarişi əsasında. Bunu düşmən düşmənə etməzdi, amma o, mənə etdi. Bu gün mən onunla köhnə dost, təzə düşmənəm. Hansı oğul bu düşmənçiliyi unuda bilər?»

Müqayis Verdiyev bildirir ki, bu gün Nizaməddin Quliyevin ona külli miqdarda borcu var və həmin pulu verməmək üçün həbsdə qalmasını istəyir: «Bu adam o qədər pul hərisi və düşgünü olub ki, illərdən bəri dost dediyi adamı həbsə atdırır. Faktiki onun mənə külli miqdarda borcu var. Və həmin pullar təkcə mənim deyil, həmçinin Goranboyda işləyən imkansız fəhlələrin puludur».

Məsələyə Goranboy rayon İcra Hakimiyyətindən münasibət öyrənmək itəsək də, bu mövzu ilə bağlı kimsə danışmaq istəmədi. Amma bütün bunlara baxmayaraq, sayt olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə