Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda internatda daha bir faciə – uşağı yandırdılar
Bakıda internatda daha bir faciə – uşağı yandırdılar
05 Noyabr 2014 / 13:35 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

İnternatda yandırılan 10 yaşlı Fateh Quluzadə hələ də xəstəxanaya yerləşdirilməyib.

Bilgəhdə yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva açıqlamasında, Fatehin vəziyyətinin deyildiyi kimi ağır olmadığını bildirdi: “Fatehin yanıqlarına internatımızın tibb bacısı nəzarət edir. Lazım olan dərman və tibbi ləvazimatları isə özümüz alırıq. Uşağın xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını düşünürük. Fatehin anası özü həkimdir. Təbii ki, uşağının yarası ilə o da məşğul olur, narahat olmağa dəyməz”.

Əqli inkişafdan geri qalmış, xüsusi qayğıya ehtiyacı olan uşaqların niyə nəzarətsiz qaldığını və qaynar suyu necə əldə etdiyi barədə suallarımızı G.Abdullayeva belə cavablandırdı:

“Biz uşaqları nəzarətsiz qoymuruq. Hər növbənin öz müəllimləri və dayələri var. Hadisə uşaqlar yatmağa hazırlananda baş verib. Fateh autizm xəstəsi olduğundan çox narahat uşaqdır. Bizim Günay müəllim həmişə onun əlindən tutur. Surxay da çox nadincdir. Hadisə bir anda baş verib. Növbədə Nəbi müəllim və Ruqiyyə müəllim olub. İzahatlarını almışam. Surxayı da ayaq üstə saxlamaqla cəzalandırmışam. Hadisə baş verən kimi anasını məlumatlandırmışam. Mənə hər bir uşaq əzizdir”.

* * *

Bakıdakı internat məktəbində dəhşətli hadisə baş verib. İnternatdakı uşaqlardan biri digərini yandırıb.

Anspress-in məlumatına görə, 11 saylı İnteqrasiya təlimli İnternat məktəbində baş verib. Surxay adlı uşaq internat yoldaşı Fatehin üzərinə qaynar su tökərək yandırıb. Nəticədə Quluzadə Fateh Rəfael oğlu qulaq və boyun nayihəsindən ağır yanıq xəsarətləri alıb. Hər iki uşağın 10 yaşında olduğu deyilir.

Bizə daxil olan məlumata görə, hadisə 1 həftə əvvəl – 29 oktyabr tarixində axşam 21:30-da baş verib. Fateh xəstəxanaya aparılmadığından onun yanıqlarına infeksiya düşüb və açıq yaraya çevrilib.

Azərbaycan Uşaq Fondu Bakı şəhər şöbəsinin sədri, hüquq müdafiəçisi Teymur Rzayev anspress-ə açıqlamasında hadisədən xəbərdar olduğunu bildirdi: “Hadisənin səhəri günü, yəni 30 oktyabrda Mülkücahan müəllim mənə zəng vuraraq dedi ki, internatda uşaq yanıb. Hadisənin axşam növbəsində törədildiyini bildirdi mənə. Hadisədən xəbər tutan kimi həmkarım, hüquq müdafiəçisi Nigar Hüseynqızı ilə birlikdə əvvəlcə Sabunçu rayon 14-cü Polis Bölməsinə getdik. Orada Yetkinlik yaşına çatmayanlarla profilaktik şöbəsinin əməkdaşı Rafiq İsmayılovla birlikdə İnternata yollandıq. Sözün düzü, elə hadisə barədə məlumatlandırılmağından Rafiq bəy özü də təəccübləndi. Biz ora çatanda İnternatın direktoru Gülnarə Abdullayeva tək deyildi. Onun otağında təhsil nazirliyinin uşaq hüquqları müdafiəsi və deinstitutlaşma idarəsinin əməkdaşı Həbib Kərimov vardı. Belə başa düşdük ki, hadisə ilə əlaqədar bir araya gəlmişdilər. Biz içəri daxil olduqdan sonra Quluzadə Fatehin vəziyyəti ilə maraqlandıqda, hər ikisi belə bir hadisənin baş vermədiyini deyərək, təkzib etdi. Baş verənləri bizdən gizlətmək istədilər.

Məsələnin nə yerdə olduğunu öyrənmək məqsədilə həmkarım Nigar xanımla birlikdə sərbəst araşdırma apardıqda məlum oldu ki, 2004-cü il təvəllüdlü Quluzadə Fateh Rəfael oğlunun yanıq xəsarətləri alması ilə bağlı heç bir xəstəxanaya və polis bölməsinə məlumat daxil olmayıb. Ən dəhşətlisi isə bu idi ki, bizə 10 yaşlı uşağın yatdığı yerdə yandırıldığını dedilər”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə