Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bakı Şərab 2″ -dən istehlakçılara təhqir
“Bakı Şərab 2″ -dən istehlakçılara təhqir
05 Noyabr 2014 / 13:47 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

Ölkəinin araq bazarında xüsusi çəkiyə və rola malik olan “Bakı Şərab 2″ ASC haqda ölkə mətbuatında çoxsaylı tənqidi məqamlar dərc edilib. Biz isə bu dəfə heç də onları təkrarlamaq niyyətində deyilik. Bu dəfə söhbət adıçəkilən müəssisənin istehsal etdiyi məhsulların üzərində əxlaqdan kənar ifadələr yazılmış bildirişlərdən gedir.Belə ki, “Bakı Şərab 2″ ASC istehsal etdiyi ARİSTOKRAT arağınıq üzərində yapışdırılan etiketdə istehlakçılar təhqir olunub.

XALQ.AZ-a göndərilən həmin fotodan da göründüyü kimi əvvəlcə təqdim edilən arağın hazırlanma resepturası verilir, burası ilə işimiz yoxdur. Əsl həngamə yarlığın üzərində daha iri hərflərlə yazılmış “İÇMƏZDƏN ƏVVƏL SOYUNUN” sözləridir.

Təbii ki, indi qarşı tərəf bunun sırf texniki yanlışlıq olduğunu, cümlənin əslində “İçməzdən əvvəl soyudun” kimi nəzərdə tutulduğunu iddia edə bilər. Amma bu heç nəyi dəyişmir. Ölkənin əsas spirtli içki istehsalçılarından biri sayılan “Bakı Şərab 2″ ASC əgər yarlığın üzərinə yazılanlara belə nəzarət edə bilmirsə, həmin müəssisənin məhsullarının keyfiyyəti haqda hansı təminatı verə bilər?

Xatırladaq ki, «Bakı Şərab-2» ASC «Bakı Şərab-1» ASC-nin nəzdində fəaliyyət göstərir və şərab bazarında inhisara sahib olan bu iki nəhəngin sabiq kənd təsərrüfatı naziri, hazırda Baş nazirin müavini olan İsmət Abbasovun kurasiyasında olduğu bildirilir.

Qeyd edək ki, Bakı Şərab-2» ASC-nin sədri Rabil Hüseynovla bağlı mətbuatda dəfələrlə məlumatlar dərc olunub. Rabil Hüseynov İsmət Abbasovla kirvədir.Həmçinin Paytaxtın ən məşhur restoran və şadlıq evi NEOLİT-də Rabil Hüseynova məxsusdur.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az

 

araq1-300x258



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə